Главная > sosial > Şəfiqə Məmmədova: “İstefalardan xəbərim var”
Şəfiqə Məmmədova: “İstefalardan xəbərim var”15-08-2019, 12:03. Разместил: djbaz |
“İttifaqdan istefalarla bağlı xəbərim var, lakin istefaların səbəbini bilmirəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova deyib. Sədr İttifaqdan istefalarla bağlı yayılan məlumatı təsdiqləyib, lakin üzvlərin istefa səbəblərini bilmədiyini deyib: “Yaxın vaxtlarda onların çıxmağının səbəbi dəqiq bilinəcək”. Qeyd edək ki, mətbuatda qurumun üç üzvünün - rejissor Yusif Quliyevin, prodüserlər Yalçın Verdiyev və Elşad Allahverdiyevin üzvlükdən azad olunmaq haqda müraciət etməsi xəbəri yayılıb. Вернуться назад |