Главная > sosial > Rezidenturaya qəbul üzrə 181 namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib

Rezidenturaya qəbul üzrə 181 namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib


21-07-2019, 14:51. Разместил: djbaz
Rezidenturaya qəbul üzrə 181 namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib

Azərbaycanda rezidenturaya qəbul olmaq üçün namizədlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, namizədlər müsabiqədə iştirak etmək üçün http://eservices.dim.gov.az/erizerez/ixtisas1/ internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər. İxtisas seçimi iyulun 22-dək aparılacaq. İyulun 20-si saat 10:15-ə olan məlumata görə, 181 namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib. Müsabiqəyə yalnız “Namizədin elektron ərizəsi”ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaqlar.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri DİM tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı balların cəminə (ümumi bal) əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Вернуться назад