Главная > sosial > Bakının Nəsimi rayonunda enerji təchizatında qısamüddətli fasilələr yaranıb
Bakının Nəsimi rayonunda enerji təchizatında qısamüddətli fasilələr yaranıb13-05-2019, 13:17. Разместил: djbaz |
Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatında qısamüddətli fasilələr müşahidə olunur. Bunu ONA-ya “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, saat 10:59-dan başlayaraq qeyd olunan ərazilərdə yerləşən avadanlıqlara texniki baxış keçirilir. "Qısamüddətli fasilələr 2 saat ərzində müşahidə olunacaq", - deyə T. Mustafayev bildirib. Вернуться назад |