Главная > sosial > Dünyanın ən xoşbəxt ölkələri açıqlanıb

Dünyanın ən xoşbəxt ölkələri açıqlanıb


13-05-2019, 13:11. Разместил: djbaz
Dünyanın ən xoşbəxt ölkələri açıqlanıb
BMT-nin reytinqinə görə, Finlandiya artıq ardıcıl ikinci il dünyanın ən xoşbəxt ölkəsi oldu.

Djb.az xəbər verir ki, ONA-nın "World Happiness" adlı hesabata istinadən verdiyi məlumata görə, tədqiqat çərçivəsində dünyanın 156 ölkəsi 6 əsas parametr üzrə təhlil olunub. Sözügedən parametrlər adambaşına düşən ÜDM-i, gözlənilən ömür uzunluğu, sosial dəstək, azadlıq, korrupsiya və səxavətlilik səviyyəsini əhatə edir.

Nəticədə, reytinqin ilk pilləsində 7,769 indeksi ilə Finlandiya qərarlaşıb. Siyahıda ikinci yeri Danimarka (7,600), üçüncü yeri isə Norveç (7,554) tutub. Reytinqin ilk beşliyini İslandiya (7,494) və Niderland (7,488) tamamlayır.

Bundan başqa, siyahının ilk onluğuna İsveçrə (7,480), İsveç (7,343), Yeni Zelandiya (7,307), Kanada (7,278) və Avstriya (7,246) daxil olub.


Вернуться назад