Главная > sosial > “Uşaqlarımızı xilas edin” – Məşhur müğənni Elina üçün prezidentə müraciət etdi

“Uşaqlarımızı xilas edin” – Məşhur müğənni Elina üçün prezidentə müraciət etdi


11-04-2019, 10:12. Разместил: djbaz
“Uşaqlarımızı xilas edin” – Məşhur müğənni Elina üçün prezidentə müraciət etdi
Müğənni Nigar Camal Bakı şəhərində yerləşən 162 saylı orta məktəbin sağırdı Elina Hacıyevanın intiharı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, müraciətin video-görüntüsünü İnstqaram səhifəsində paylaşan sənətçi ölkə başçısından bu intiharda günahı olanların cəzalandırılmasını xahiş edib.

Nigar Camal deyib:

“Mən Avroviziya mahnı müsabiqəsinin qalibi Nigar Camalam. Ölkə rəhbərliyinə üzümü tutaraq, 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə günahı olan həmin məktəbin direktoru və bütün təqsiri olanların heç bir güzəşt olmadan, qanun çərçivəsində ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm.

Cənab prezident, bizim uşaqlarımızı xilas edin”.
Вернуться назад