Главная > sosial > İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edildi – SƏBƏB AÇIQLANMIR

İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edildi – SƏBƏB AÇIQLANMIR


10-01-2019, 12:14. Разместил: djbaz
İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edildi – SƏBƏB AÇIQLANMIR
Yanvarın 10-da həyata keçirilməli olan İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edilib. Modern.az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər ki, “Türk Hava Yolları” (THY) aviaşirkətinin yerli vaxtla saat 00:10-da “TK 1132” saylı İstanbuldan Bakıya olan uçuşu ləğv olunub. Uçuşun Yeni İstanbul Hava Limanından həyata keçirilməsi nəzərdə tutulurdu.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Türk Hava Yolları” aviaşirkətinin yerli vaxtla saat 05:35-də Bakıdan İstanbula olan “TK 1133” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing 737-400” təyyarəsi ilə həyata keçirilməli idi.

Həmçinin, THY-nin yanvarın 10-da İstanbulun Sabihə Gökçən aeroportundan saat 03:50-də “TK 340” saylı Bakıya həyata keçirilməsi planlaşdırılan reysi və əks istiqamətdə saat 07:15-də “TK 341” saylı uçuşu da ləğv olunub.

İstanbul-Bakı-İstanbul aviareyslərinin hansı səbəbdən təxirə salındığı məlum deyil.
Вернуться назад