Главная > sosial > “Xətai” metro stansiyası payızda təmirə bağlanacaq

“Xətai” metro stansiyası payızda təmirə bağlanacaq


7-06-2018, 13:26. Разместил: djbaz
“Xətai” metro stansiyası payızda təmirə bağlanacaq


“Xətai” metro stansiyası payız aylarında təmirə bağlanacaq".

DJB.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, təmir zamanı stansiyanın yerüstü vestibülü və eskalatorları dəyişdiriləcək. “Xətai” stansiyası bu ilin oktyabr-noyabr aylarında təmir bağlanacaq. “Bakmil” stansiyasında aparılan təmir işlərində isə maksimum olaraq sərnişin daşınmasında problem olmamasına çalışırıq. Bilirsiniz ki, Metropolitenimiz elə bir şəraitdədir ki, istər-istəməz sərnişinlərin hərəkətinin təminatında məhdudiyyətlər yaranır. Elə olur ki, məhdudiyyət yaranmadan biz bu təmir işlərini aparırıq.” – deyə sədr müavini qeyd edib.

Ayxan Rəsul
Вернуться назад