Главная > sosial > BİZİM MƏQSƏDİMİZ POLİSLƏ ƏSGƏRİN QARDAŞ OLMASINI BİLDİRMƏK İDİ

BİZİM MƏQSƏDİMİZ POLİSLƏ ƏSGƏRİN QARDAŞ OLMASINI BİLDİRMƏK İDİ


5-06-2018, 12:52. Разместил: djbaz
16.05. 2018- ci il tarixində Hərbiçilərimizə qənim kəsilən DYP-nin əməkdaşı kimdir? Başlığı altında yazı dərc olunmuşdur. Yazı X T.Q -nın əməkdaşının şikayət ərizəsi əsasında hazırlanmışdır.

BİZİM MƏQSƏDİMİZ POLİSLƏ ƏSGƏRİN QARDAŞ OLMASINI BİLDİRMƏK İDİ



Bu günlərdə X.T.Q. əməkdaşı Djb.az xəbərlər və informasiya saytına öz şikayətini bildirən E.....təkrar müraciət edərək bildirmişdir ki DYP əməkdaşı Elçin Hacıbalayevlə qarşılıqlı razılığa gəlmişlər və şikayət ərizəsinin bir dostluq,qardaşlıq şüarına çevirmişdirlər.Bu xəbər məni çox sevindirdi.
Bu zaman Elçin müəllimdə bizimlə əlaqə yaradaraq bu məsələnin həqiqət olduğunu dedi. Və mən telefon bağlantısı zamanı qardaşımıza öz fikirlərimi də bildirdim.
Bu gün ölümün gözünə dik baxmağı bacaran, hər an düşmənlə üzbə-üz duran, ölümə meydan oxuyan, vətən uğrunda ölümü fərəhlə qəbul etməyi bacaran oğullarımıza DİN tərəfindən göstərilən diqqət bir daha öz əksini tapdığa sevindiyimi dedim.
Bir daha onu bildirdim ki, gününü səngərdə keçirən bu oğullara hər birimiz diqqətlə yanaşmalıyıq. Biz də bir Azərbaycan vətəndaşı və media nümayəndəsi olaraq Elnurur səsinə səs verməyi özümüzə borc bildik axı onlar şəhidliyə imza atan qəhrəmanlardlr.
Bu igidlər ölümə hər saniyə qucaq açan canlı əfsanələrdir. Bizlərdən bir nəfər hər gün səngərdə düşmənlə üzbə-üz durarkən bu gün yaşayıram sabah görəsən həyatda olacağammı deyəriksə bu duruma psixiloji nə qədər dözə bilərik heç düşündünüzmü?
Onlar isə hərbi geyimi geyindikləri gün and içirlər, hər döyüşə atılanda da Vətən sağolsun deyərək ölümü qucaqlayırlar.
Bu Vətən tək onların deyil axı, bizlərində sizlərində üzərinə bu Vətəni qorumaq düşür, hər kəs öz çalışdığı sahədə Vətənə xidmətini düzgün edərsə bu Vətən basılmaz. Bu gün əsgər və polis qard olduğunu atdıqları addım ilə bir daha hər kəsə göstərdilər.
Bu həyatda heç kim günahsız deyil o gün Elnurun da günahı var idi onun idarə etdiyi oftamabilin yan şüşələrində pərdə olması qanun çərçivəsində olmamalı idi. Elnur bu iraqla razılaşır və Elçin müəllimin artıq canlı şəhidlərimizə diqqətlə yanaşacağına da əmin olduğun bildirir. E... onu da qeyd etdi ki, axı mən və mənim kimi əsgər qardaşlarımın səngərdən baş qaldırmağımıza vaxtımız olmur. O, söhbət əsnasında bir daha bildirdi ki,- bu anlaşılmamazlıq nəyinki Elçin Hacıbalayevin hətta bütün polislərin qardaş olmaların bir-birinə sübut etdi və gələcəkdə də əsgərlərlə qardaş olduqları üçün, bir-birlərlərinə dəstəy olacaqlarına məni inandırdı.
P.S.Mən hər zaman sülh tərəfdarı olmuşam. Möhtərəm prezidentim Ali Baş Komandan İlham Əliyevin hər bir söylədiyi cümlənin müdrüklüyünə inanmışam, güvənmişəm və o kəlamların həyatda nə qədər önəmli olduğunun sübutunda görmüşəm. Məhz cənab pezidentimizin dediyi bu cümlə kimi ."İlk olaraq mintalitetimiz, vicdan sonra qanun."Deyilən sözlər insanı düzgün addım atması üçün yönəldən həyat şüarıdır bu kəlmələr.
Məncə hərbiçilərimizin düşmənlə olan mübarizəsi tək olanların qayğısı olmamalıdır bunda polisimin də əsgərlərimizə qayğısı diqqəti olmalıdır. Düzdür əhalinin içində əsayişin qorunması onların üzərinə düşür. Amma əminliklə deyirəm bir gün gələcək polisimiz fəxrimiz olan əsgərlərimizlə çiyin-çiyinə vuruşaraq torpaqlarımızı işğaldan azad edəcəklər. Necəki yüzlərlə şəhid olan polisimiz DİN -nın və Azərbaycanımızın fəxr etdiyi əməkdaşlarıdırsa onlar da xalqınımızın igid övladlarıdır.Biz bu gün polisimizə güvənərək deyirik. Mənim polisim məni qoruyur. Mənim əsgərlərimdə Vətəni qoruyur. Vətəni sevmək isə imandandır.Gəlin Vətənimizi sevək. Bu yolda hər birimiz əlimizdən gələni əsirgəməyək. Bir birimizi qırmayaq incitməyək. İncidiləcək varsa o da bizim düşüşmənlərimizdir. Azərbaycanımıza göz dikənlərdir. Bir yumruq təki birləşəyin Vətənimizin, xalqımızın, dövlətimizin rifahının günü-gündən yüksəlməsi üçün cənab prezidentimizə dəstəy olmaq.Və hər birimiz üzərinə düşəni etək. Mən hər zaman DİN əməkdaşlarına güvənmişəm və bu güvənimdə boşa çıxmadı. Xəbərlərimizdə gedən yazıya göstərilən diqqət bir daha bunun bariz nümunəsidir. DİN-nın əməkdaşları hər bir problemi operativ və yerindəcə həll edirlər.
Xülasə mövzumuzun səbəbkarı Xaçmaz rayon yol polis inispektoru Hacibalayev Elcin ilə əsgərimizin arasında olan anlaşılmamazlığa son qoyuldu.
Şəhidlik zirvəsinə ucalmağa addım atmağa hər an hazır olamağa hər birimiz hazır olmalıyıq. Mən qələmimə sarılaraq öz xidmətimi göstərirəm. İnanıram ki, yazılan məqaləmiz DİN-nın əməkdaşları tərəfindən şəxsən cənab Nazirimiz tərəfindən izlənilən bu məsələ öz həllini qardaşlıq missiyası ilə başa çatacaq.
Bizim istəyimiz də məhz bu idi Polis və əsgər birləşməsi. Onların qardaş olmalarını onlara duydurmaq. Bu məhəbbəti onlara aşılamaq üçün sizlərə müraciət etdik. Və məqsədimizə çatdıq. Məhəbbət, insanlıq, mərhəmət bu həyatın gözəlləşməsidir. Amalımız da, məqsədimiz də məhz budur. İnsanlığı insanlara aşılamaq bir-birmizə qarşı kinlə deyil, məhəbbətlə yanaşmaq, dəstəy olmaq, arxa durmaq lazım gələrsə belə birlikdə qardaş olaraq ölümə getmək!
Almaz İlahə Əhmədova
Вернуться назад