Главная > sosial > Naxçıvanda “Göycə” festivalı keçiriləcək
Naxçıvanda “Göycə” festivalı keçiriləcək16-05-2018, 20:50. Разместил: djbaz |
Naxçıvan şəhərindəki "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublikanın İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət nazirliklərinin, şəhər və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə "Göycə” festivalı keçiriləcək. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iki gün davam edəcək festivalın açılışı mayın 19-da olacaq. Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növ göycə məhsullarının sərgi-satışı həyata keçiriləcək. Festivalda göycə yetişdirən fermerlər arasında müsabiqə keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq. Qeyd edək ki, ötən illərdə Naxçıvanda keçirilən "Göycə” festivalları sakinlər, o cümlədən muxtar respublikaya gələn turistlər tərəfindən böyük maraqla qarşılanıb. Вернуться назад |