Главная > sosial > Azərbaycanın şimal rayonlarına 7 santimetrədək qar yağıb
Azərbaycanın şimal rayonlarına 7 santimetrədək qar yağıb12-03-2018, 19:23. Разместил: djbaz |
Martın 12-si gecə saatlarından başlayaraq Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dağlıq ərazilərdə temperatur mənfi 6 dərəcəyədək aşağı düşüb. Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetr təşkil edir. Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir. Вернуться назад |