Главная > sosial > Yaqland Narkoloji Mərkəzdəki yanğınla bağlı başsağlığı verib

Yaqland Narkoloji Mərkəzdəki yanğınla bağlı başsağlığı verib


2-03-2018, 14:23. Разместил: djbaz
Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar başsağlığı verib.

Yaqland Narkoloji Mərkəzdəki yanğınla bağlı başsağlığı verib



DJB.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Şurasının məlumatında deyilir.

T.Yaqland baş verən hadisə ilə əlaqədar dərindən kədərləndiyini bildirib:

"Mən öz adımdan və Avropa Şurasının adından həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı bildirirəm. Avropa Şurası bu faciəvi anda Azərbaycan xalqının yanındadır".
Вернуться назад