Главная > sosial > 115 ŞƏHİD AİLƏSİNƏ VƏ 297 ƏLİLƏ YARDIM EDİLİB

115 ŞƏHİD AİLƏSİNƏ VƏ 297 ƏLİLƏ YARDIM EDİLİB


19-01-2018, 06:46. Разместил: djbaz
115 ŞƏHİD AİLƏSİNƏ VƏ 297 ƏLİLƏ YARDIM EDİLİB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. ATV.az saytına verilən məlumata görə, Əmək və Əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1990-cı ilin yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi məqsədilə Ulu öndərimiz Heydər Əliyevin mühüm tarixi xidmətlərini diqqətə çatdırıb. Cənab Prezident İlham Əliyevin əlil və şəhid ailələrinə qayğının hər il artırılması ilə bağlı tapşırıqlarından söz açıb. Səlim Müslümov hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və şəhidlərin ailələrinə birdəfəlik maddi yardmlar verildiyini də diqqətə çatdırıb. O, bildirib ki, 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq ümumilikdə 412 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə o cümlədən 115 şəhid ailəsi və 297 nəfər 20 Yanvar əlilin ailəsinə birdəfəlik maddi yardımlar ayrılıb. Bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib. Həmin insanlar Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunurlar. 20 Yanvar şəhidlərindən bəhs edən və 27 il əvvəl kiril qrafikasında nəşr olunmuş “Şəhidlər” kitabı da nazirliyin dəstəyi ilə latın qrafikasında, həm də əlavə və düzəlişlərlə, daha təkmil şəkildə yenidən işıq üzü görüb.
Вернуться назад