Главная > sosial > İstedadlı uşaq, yeniyetmə və gənclərə meydan verək!

İstedadlı uşaq, yeniyetmə və gənclərə meydan verək!


3-01-2018, 01:24. Разместил: djbaz
İstedadlı uşaq, yeniyetmə və gənclərə meydan verək!

Türkiyənin tanınmış şairi, mərhum Nazim Hikmət gözəl deyib:"Gəlin, dünyanı uşaqlara verək.Qoy, 1 günlüyə də olsa dünyanı uşaqlar idarə eləsinlər."
Maraqlıdır ki, hər il aprelin 23-ü Türkiyədə uşaqlar üçün xüsusi gün təşkil edilir. İstər dövlətin başçısı, istərsə baş nazir və ya nazirlər öz kreslolarını...müvəqqəti də olsa uşaqlara həvalə edirlər.
Həcər İsmayılova da Azərbaycan xalqının qürur duyacağı gənclərdəndir.O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin II kurs tələbəsi, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəal üzvlərindən biridir.Həcər xanım doğma dilimizdən savayı, türk-ingilis dillərində də sərbəst yazır və danışır.Təşkilatımızın xarici dillərə vacib olan tərcümələri məhz Həcər xanımın öhdəsindədir.
H.İsmayılova Azərbaycanda keçirilən İslam Həmrəyliyi oyunlarında,habelə, "Formula-1" yarışlarında könüllü olaraq iştirak edib.
Bu gün fəal üzvümüz Həcər İsmayılovanın 20 yaşı tamam olur.Mən, böyük məmnuniyyətlə Həcər xanımı ad günü münasibətilə təbrik edir, sağlam və mənalı ömür arzulayıram.
Yubileyin mübarək olsun, dəyərli Həcər xanım!

Hörmətlə,


Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri

İstedadlı uşaq, yeniyetmə və gənclərə meydan verək!

Вернуться назад