» » ONUN ALIN YAZISI

ONUN ALIN YAZISI

  • 31-10-2016, 15:30
  • sosial
  • 559
ONUN ALIN YAZISI “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar,xalqına,millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
Heydər Əliyev


Müəllim olmaq şərəfdir,həm də məsuliyyətdir. Nə vaxtsa mən də müəllim olmaq istəyirdim.
Lakin hər kəsin öz yolu ,tale yazısı var. Məndə özümdən asılı olmayaraq həyat yolunun məni apardığı istiqamətə getdim. Bu gün jurnalistikada atdığım hər bir uğurlu addıma görə isə mənə savad ,bilik verən , elm öyrədən , hər sözü –söhbəti məktəb, hərəkətləri örnək olan ,mənim həyat yoluma çıraq tutan, nur səpələyən müəllimlərimə təşəkkür edirəm.
Mənim nailiyyətlərim onların uğurudur və hərdən elə probləmlərlə də qarşılaşıram ki, onların həllində müəllimlərimə çox ehtiyac duyuram. Sizi hər zaman axtarıram, əziz müəllimlərim! Hər zaman sizin məsləhətinizə ehtiyacım var.
Bəli ,müəllimlər müqəddəsdir
Bir müqəddəs müəllimdə tanıdım... Tanışlığımız və qohumluğumuzun ömrü çox az sürdü . Bəzən illərlə birini tanıyarsan amma onu itirdikdə düşünərsən Allahın qisməti, yazısıdır nə etmək olar...Amma bəzən elə birisini tanıyarsan ki, onun gedişi səni yandıraraq kül edər ya da ki, kaş belə olmazdı dedirdər. Nəriman Kərimovla uzaq qohumluğ əlaqəmiz var. Bir ildən artıq idi ki, qızım Səfiyyə Mansurovların ailəsinə gəlin köçmüşdü. Nəriman müəllimi belə tanıdım həyat yoldaşı Ceyran xanımdan, övladlarından çox böyük diqqət və hörmət gördüm.

Xəstəliyi haqqda eşitdikdə çox məyyus oldum, Allahdan şəfa dilədik ... Amma olmadı hər kəsin bir alin yazısı olduğu kimi Nəriman müəllimin alın yazısı da belə oldu. 31.10.2015- ci ildə ürəyi dayanacaq və haqq dünyasına qovuşacaqdı... Beləcə o getdi ancaq gedişi ilə bir ailəsini, sevdiklərini deyil bir eli, mahalı yandırdı. Uzun illər çalışdığı Tovuz rayon F. Nüseynov adına Qaraxanlı kənd orta məktəbinin müəllim və şagird kollektivi hələ də onun yoxluğu ilə barışa bilmir. Uzun illər rəhbərlik etdiyi məktəbin kollektivi bu gündə Nəriman müəllimdən söz düşdükdə deyirlər: "O, əvəzolunmaz rəhbər, sevimli ailə başçısı, dövlətini, xalqını sevən Azərbaycan vətəndaşı idi". Artıq bir il oldu doğmaları onsuz necə acılar çəkdi. Həsrət bitmədiki bitmədi...Beləcə bizlərdə onu Allaha əmanət edək. Axı hər kəs öz əməli üçün cavab verəcək. Mən əminəm ki, o gözəl əməllərin sahibi olaraq cənnətin sakini olacaq...
Biz Əhmədovlar və Mansurovlar ailəsi olaraq, Kərimovlar ailəsinə dərin hüznlə başsağlığı veririk... Allah rəhmət eləsin...

Almaz İLAHƏ ƏHMƏDOVA
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930