» » Yeni təyinat münasibətilə Xəyalə xanımı təbrik edirik

Yeni təyinat münasibətilə Xəyalə xanımı təbrik edirik

  • 25-07-2017, 17:27
  • sosial
  • 2776
Yeni təyinat münasibətilə Xəyalə xanımı təbrik edirik

Ötən gün rayonumuzun-Biləsuvar İcra Hakimiyyəti Başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şövəsinin müdiri Xəyalə xanım Qəmbərovanın tutduğu vəzifədən azad olunduğu xəbərini eşitdim. Ardınca həmyerlimizin yeni təyinatını-Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyində məsul bir vəzifəyə təyin olunduğunu eşitdikdə çox şad oldum.
Xəyalə xanım 2014-cü ilin fevralından bu günədək Biləsuvar RİHB-da tutduğu məsul vəzifədə böyük məharətlə potensial qüvvəsini səfərbər edərək, rayonun ictimai-siyasi, mədəni həyatında baş verən bütün mühüm hadisələrdə fəal mövqe tutmuş və görülmüş təqdirəlayiq işlərə öz töhfəsini vermişdir. Xüsusilə rayonda çox ağır və məsul bir sahəyə- humanitar sahəyə rəhbərlik etmək, cavabdehlik daşımaq, müasir dövrün tələblərinə uyğun iş birliyi qurmaq, nəzarət etmək və nəticə etibariylə uğur əldə etmək böyük hünər, fədakarlıq tələb edir. Bu fədakarlığı, hünəri, əzmi biz Xəyalə xanımın simasında, onun gərgin iş fəaliyyətində duyduq. Və heç şübhəsiz ki, yeni təyinat onun yuxarıda qeyd etdiyimiz ötən illərin yorulmaz, qorxmaz dövləti fəaliyyətinə verilən dəyərdir...
Hörmətli Xəyalə xanım, yeni təyinatınız münasibətilə sizi çoxsaylı oxucularımız adından təbrik edir, dövlətimizin inkişafı, çiçəklənməsi naminə qarşıdakı şərəfli fəaliyyətinizdə sizə uğurlar, cansağlığı diləyirik!

Qeyd::-Qəmbərova Xəyalə Nazim qızı 1981-ci ildə Biləsuvar rayonunda anadan olub. Şəhər N.Gəncəvi adına 1 saylı tam orta məktəbi əla qiymətlərlə başa vurub. 2003-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Filologiya” fakültəsini bitirmişdir. Pedoqoji fəaliyyətə 2000-ci ildən Biləsuvar rayon İ.Dəmirov adına 146 saylı Peşə liseyində başlamışdır. 2003-cü ildən ailəsi ilə birlikdə Bakı şəhərinə köçməsi ilə əlaqədar paytaxtın Səbael rayonu, 49 nömrəli “İntellekt” məktəb liseyində pedoqoji fəaliyyətini davam etdirmişdir.
Pedoqoji fəaliyyətində daim iş təcrübəsini artırmağa çalışan X.Qəmbərova Təhsil Nazirliyinin xətti ilə keçirilən çoxsaylı təlimlərin, konfrans və seminarların iştirakçısı olub. Türkiyə Cümhuriyyətinin Ankara şəhərində təşkil edilmiş təhsil sahəsi üzrə toplantlarda ölkəmizi təmsil etmişdir. Daha sonra Təhsil Nazirliyində ekspert kimi fəaliyyət göstərmiş, 2012-ci ildə keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin ən çox bal toplamış qalibi olmuşdur.
2010-2011-ci illərdə Gənclər və İdman Nazirliyi tərəfindən “Vətənpərvərlik siyasəti” istiqamətində atdığı addımlara görə fəxri fərmana, “Yaxşıların yaxşısı” nominasiyasına layiq görülüb. 2011-2012-ci tədris ilində keçirilmiş “100 ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Xəyalə xanım həmçinin “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabının müəlliflərindən biridir. 2013-cü ildə Azərbaycan Republikası Prezidentinin sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülüb. 2012-ci ildən etibarən Bakı şəhəri Səbael rayonu, 91 saylı tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 2014-cü il 06 fevral, 33 saylı sərəncamı ilə Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. YAP-ın üzvüdür. Rus və türk dillərini bilir. Ailəlidir, bir övladı var.


Djb.az Samir Qurbanov
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930