» » Djb.az kollektivi Samin Tağıyevlə fəxr edir

Djb.az kollektivi Samin Tağıyevlə fəxr edir

  • 24-07-2017, 19:58
  • sosial
  • 107
Deyirlər bir insanı tanımaq istəyirsənsə onunla yol- yoldaşı ol. Amma mən yol yoldaşı olmaq misalı ilə razılaşmıram. Bir insanı tanımaq üçün birlikdə çalışmaq da yetərlidir. Samin Tağıyevlə tanışlığımız bizimlə əməkdaşlığından başladı. Onunla aylarla əməkdaşlıq etdikdən, sonra tam olaraq Djb.az-ın müxbiri vəzifəsində işə başlaması üçün ona şəxsən özüm müraciət etdim və o gündən bu günə kimi birlikdə çalışırıq. Xəbərlərin yerləşdirilməsi kimi məsuliyyətli bir işin aparıcısı olmaq asan deyil. Hər gün oxucular üçün ən isti, yeni xəbərləri operativ olaraq xalqın nümayəndələrinə çatdırmaq çox çətindir. İşin çətinliyinə baxmayaraq Samin işinin öhdəsindən çox məharətlə gəlir. Gün ərzində saatlarla onunla əlaqə yaratmalı oluram tez-tez mövzuların seçimi tədbirlərin, xəbərlərin operativ yerləşdirilməsi peşəkarlıq tələb edir.Onun peşəkarlığına güvənərək yaxın gələcəkdə Samin Tağıyevə daha da məsul bir vəzifəni həvalə edəcəyimizi nəzərə almışıq. Hər bir insanın zəhməti və əməyi dəyərləndirilməlidir. Məhz bunu nəzərə alaraq gənc həmkarımı oxucularıma tanıtmaq istədim.
Djb.az kollektivi Samin Tağıyevlə fəxr edir

21-iyul 1986-cı ilin yayında Gürcüstanın Marneuli rayonunda Tağlar nəsilnin soyadını yaşadacaq bir uşaq dünyaya göz açdı o, Tağıyev Samin Sədrəddin oğlu idi. Uşaqlıq illərindən həmyaşıdları arasında həmişə hörmət qazandı. Orta məktəbi bitirdikdən sonra Ali Təhsil Ocağında təhsilini davam etdirərkən Kompüter sahəsi inkişaf etdiyindən xüsusi maraqla kompüter elmlərini öyrəndi.31 yaşı olmasına baxmayaraq Samin tək yaşıdları arasında deyil eyni zamanda özündən yaşca böyüklərində çox böyük hörmətin qazanmışdır. O, həm doğmaları, dostları, həm də cəmiyyətdə çox böyük ehtiram və hörmət qazanmışdır. Onunla çalışmaqdan zövq alırıq.
Bu günlərdə Saminin 31 yaşı tamam oldu. Onu bir daha kollektivimiz adından təbrik edir, ona ən başlıcası can sağlığı, ailə səadəti, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Almaz İlahə Əhmədova
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031