» » İNSAN DAXİLİNƏ AÇILAN PƏNCƏRƏ

İNSAN DAXİLİNƏ AÇILAN PƏNCƏRƏ

İNSAN DAXİLİNƏ AÇILAN PƏNCƏRƏ
Həyat Allahın bəşər övladına bəxş etdiyi ən böyük nemətdir. Bəxş olunan bu həyatı layiqincə yaşamaq, dəyərləndirmək, qədrini bilmək insanın amalı və əsas yaşam prinsipi olmalıdır. Hər bir müsəlman İslami həqiqətlərə sadiq olmalı, qəlbini, ruhunu və nəfsini təmiz saxlamağı bacarmalıdır. İslami dəyərləri özündə cəm edən insan kamil insan sayılır. Kamillik zirvəsində olmağı da Allah hər bir insana nəsib etmir. Məncə isə, tərbiyyənin alət və vasitəsi məhəbbət, qayəsi isə insanpərvərlik olmalıdır. Bu gün onuntərcümeyi –halını oxuduqda məni o qənaətə
gətirir ki, bu xüsusiyyətlərin hamısı Mehriban Zeynalovada cəmləşib. İnsan müəmmalı , sirli bir həyat olmaqla yanaşı, planetimizin yeganə ali varlığıdır. Bu ali varlığın da pünhani bir dünyası var. Bu pünhani, müəmmalı dünyanı insan dərk etməyə qalxır; bəzən anlayır, bəzənsə anlamır. Amma bu dünyanın qeyri-adi bacarığı olan insanları ilə qarşılaşanda isə dinməz-söyləməz:
‘Bacarıqlıdır, seçiləndir, qeyri-adidir” deyib dayanır. Bu qeyri-adi, bacarıqlı insanları tanıtmaq üçün yenə də ünsiyyət vasitəsi olan sözə müraciət etmək lazım gəlir.
Bütün bağlı qapıları aça biləcək sözlə qarşınızdayıq. Bu sözlərdən təccüblənməyin. Qoy hər bir insan daxilinə pəncərə aça bilsin və bu pəncərədən
öz daxilinə nəzər salmağı , baxmağı, lazım gələndə orada təmizlik aparmağı bacarsın. Bunun həm cəmiyyət həyatı üçün, həm də ayrı-ayrı şəxsiyyətlərin öz fərdi həyatı üçün müstəsna əhəmiyyəti vardır. Öz daxilini görə bilməyən başqalarının daxili-mənəvi aləminə nüfuz edə bilməz, özünü görə bilməyən başqalarını görə bilməz, özünü kəşf edə bilməyən başqalarını kəşf edə bilməz. Öz daxili dünyana pəncərə açmağı bacarmalısan ki, başqalarının ürəyinə yol tapa biləsən. Bunlar tarixin sınaqlarından çıxmış sadə həyat həqiqətləridir. Məncə Mehriban Zeynalova öz daxilini görməyi bacaran şəxslərdəndir.
Əziz oxucularım, hər şeyin öz məqamı olduğu kimi sözündə söz məqamı var. İstənilən şəxsiyyətə məhəbbət bəsləməsi xalqın müstəsna hüququdur. Bu hüquq isə həmin şəxsiyyətin əməli ilə, gördüyü işlərlə, qəlblərdə qoyduğu izlər ilə müəyyənləşir. Söz hafizədir, ötənlərdən soraqlar verər, keçmişləri gələcəyin yaddaşına yazar və bu yaddaşlar yaddaşlardan keçərək tarixlərdə iz qoyar. Əvəz olunmazlığı ilə sevdiklərinin və kollektivinin qəlbində əziz olan Mehriban Zeynalova ülviliyini, paklığını, vəsf etmək başlıca qayəm oldu. Qələm və söz isə Allahın bizlərə əmanətidir. Bu gün isə yenədə Mehriban xanımın fədakarlığı, zəhmətsevərliyi, dövlətinə, millətinə sadiqliyi, vətəninə sədaqəti göz önündə olduğu üçün, dəyərli fikirlərimi toplayaraq onu sevənlərə və Mehriban xanıma sürpriz olaraq təqdim edəcəyik.
Allah sevdiyi insanı ona ehtiyac olan yerə göndərir.
Məncə Mehriban xanımın da Allahın sevdiyi bəndələrindən biri olduğu üçün bu gün, Azərbaycanda məss bu işin başında duraraq çox böyük olmayan bir kollektivi idarə edərək, öz işini sevərək, xalqın nümayəndələrinə yüksək səviyyədə xidmət göstərilməsinin təminatçısı rolunu aparır. Onun qadın zorakılığı ilə apardığı mübarizə, qadınlara göstərilən şiddətin qarşısını almaq üçün apardığı işlər, onların hüquqlarının qorunması üçün əlindən gələni əsirgəməməsi, nəinki bizim həm də Azərbaycan xalqının gözləri önündədir. Bir ailəyə başçılıq etmək, bir övladın tərbiyyəsi ilə məşğul olmağın məsuliyyətin hər birimiz dərk edirik. Mehriban xanımsa bir “Sığınacaq”da yüzlərlə ailələrin problemlərinin həlli yolların araşdıraraq həm ailələrin dağılmaması, həm qadınların hüquqlarının qorunmasını, ağlasığmaz problemlərlə qarşılaşan, müəyyən səbəbdən başqa dövlətlərdə düzgün yollarda olmayanları bu gün cəmiyyətə normal , düzgün insanlar olaraq inteqrasiya etməsi çox böyük zəhmət tələb edir. Saysız hesabsız qız, gəlinləri bu çirkinlikdən qopararaq düzgün yol göstərərək cəmiyyətə yararlı insan olaraq yetişdirmək kimi ali bir işin aparıcısıdır. Mehriban Zeynalovanı uzun illərdir tanımağıma baxmayaraq hər zaman onun apardığı işləri işıqlandırmağıma baxmayaraq heç zaman özü haqqında yazmaq nəsib olmamışdı. Hər dəfə söz düşdükdə isə mən nə etmişəm ki, məndən yazasız demişdir. Amma bu yaxın günlərdə Mehriban Zeynalovanın qonağı olduğum bir neçə saat ərzində ”Sığınacağ”la bağlı onun qarşılaşdığı problemləri gördükdə düşündüm... İlahi bu qadın necə gücə, iradəyə və səbrə malikdir. Bu qədər çətinlikləri tək, zərif çiyinlərində daşıması bir daha onu sübut edir ki, həqiqətən Allah hər kəsi ona ehtiyac olan yerə göndərir. Beləcə onun haqqında əldə etdiyim həyat yolu. O nələrdən keçdi və bu ali insanlıq zirvəsinə necə ucaldı. Onunla tanış olmaq istərsənizsə oxuyun.
Mehriban Heydərəli qızı Zeynalova 23.08.1955 –ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1975-1981-ci illərdə H. Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun “İbtidai təhsil pedaqogikası və metodikası” fakültəsində təhsil almışdır. 1992-ci ildə Gəncə şəhərində 12 saylı uşaq bağçasının müdiri işləmiş. 1994-cü ildən Bakı şəhərində yaşayır. 1996-cı ildən insan hüquqlarının müdafiəsi sahəsində çalışır. 1997-ci ildən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyini təsis etmiş və hal-hazırda onun sədridir. 2011-cı ildən isə Daxili İşlər Nazirliyinin İnsan alveri qurbanlarına kömək Fondunun sədri. 2001-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun elmlər namizədi alimlik dərəcəsi üzrə dissertantı, 2005-ci ildə fəlsəfə elmləri üzrə dissertantıdır. Mehriban Zeynalova dissertasiyanın adı: “Ailə və Cəmiyyətdə qadınlara qarşı zorakılığı sosial fəlsəfi təhlili”) elmi araşdırmalar üzrə çalışmış, 2007–ci ildə “Ailə və cəmiyyətdə qadınlara qarşı zorakılıq: sosial fəlsəfi təhlil” mövzusunda dissertasiya müdafiə etmiş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 2009-cu ildən Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində, «Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (Əməyin iqtisadiyyatı)» ixtisası üzrə “Demokratik inkişaf prosesində qadınlara qarşı zorakılıq hallarının müəyyənləşdirilməsi və aradan qaldırılmasının sosial-iqtisadi aspektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiəyəsinə hazırlaşır. Bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmiş və etməkdədir. Eyni zamanda Mehriban Zeynalova Gender əsaslı zorakılıq mövzusunda ekspertdir. Bu sahədə çoxlu sayda elmi məqalələrin müəllifidir. Dünyanın ən şirin neməti olan üç övlad anası , dörd nəvənin gözəl nənəsidir.
Almaz İlahə ƏHMƏDOVA
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031