» » Uşaqlar dünyanın sevincidir

Uşaqlar dünyanın sevincidir

Uşaqlar dünyanın sevincidir
Dünyanın sevinci olan fidan balalar Azərbaycan ailələrində daha fərqli, mental dəyərlərimizə uyğun olaraq belə desək, göz bəbəyi kimi qorunur, sağlam, təfəkkürlü böyüməsi üçün bütün imkanlardan yararlanılır.
Bu gün Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev parkında “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib.
Uşaqların bayram sevincinə sevinc qatmaq üçün mərasimdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova, məktəbəqədr təhsil müəssisələrinin müəllim və şagird kollektivi, eləcə də valideynlər iştirak edirdi.
Balacaları təbrik edən rayon İcra hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova məzmunlu çıxışında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nün tarixindən və bu gün onlara göstərilən diqqət və qayğıdan danışdı.
X.Qəmbərova qeyd etdi ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlər səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı.Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir. Hazırda uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur, parklar salınır.
Çıxış edən qonaqlar bir daha uşaqları təbrik etdilər və onlara gələcək həyat yollarında uğurlar dilədilər.
Tədbirdə incəsənət ustaları ilə yanaşı, istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirildi. Sonda uşaqlara hədiyyələr təqdim olundu.
DJB.az Samir Qurbanov

Uşaqlar dünyanın sevincidir
Uşaqlar dünyanın sevincidir
Uşaqlar dünyanın sevincidir
Uşaqlar dünyanın sevincidir
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930