» » CƏMİYYƏTDƏ TUTDUĞU MÖVQEYİ İLƏ NÜMUNƏVİ ANA OBRAZI

CƏMİYYƏTDƏ TUTDUĞU MÖVQEYİ İLƏ NÜMUNƏVİ ANA OBRAZI

CƏMİYYƏTDƏ  TUTDUĞU MÖVQEYİ  İLƏ NÜMUNƏVİ  ANA OBRAZI Həyat çox qəribə deyilmi? Nə ilə qarşılacağını, nələr yaşayacağını, kimlərlə üzləşəcəyini , kimi sevəcəyini, kimə nifrət edəcəyini, hansı acılı, şirinli günlərlə yol-yoldaşı olacağını bilmirsən. El arasında belə bir deyim var: ¬“ Bilsəm ki, harda yıxılacam ora pambıq döşəyərəm”.
Beləcə bizlər də nə taleh yolumuzu, nə qismətimizi nə də ki, yaşayacaqlarımızı özümüz seçmirik. Görəsən seçim əlimizdə olsaydı nə edərdik? Hər kəs taleyini fərqli yazardı. Nə qara talelər olardı, nə bədbəxt qadınlar, nə şəhid olardı nə şəhid anaları. Məncə seçim öz əlimizdə olsaydı , biz analar ilk növbədə övladlarımızın aydın səma altında yaşamasını istərdik. Qələmimiz xoşbəxtlik, səadətdən söz açardı, sevənlər üçün bir dünya yaradardıq, övladlarımızı qorumaq üçün bəlkə də mələk olub onunla addımlayardıq, dünyanı xilas etmək üçün bəşəriyyəti məhbbətlə əhatə edərdik, pisliyi, yer üzündən silərdik. Hər kəsi ölümün pəncəsindən alardıq, biz analar, nələr etməzdik ki, gözlərdə göz yaşı donmasın...
Beləcə dünyanın ən gözəl sözlərini, rəngarəng taleyi öz qismətimizə yazardıq. Amma çox təssüf ki, bu belə deyil . Qisməti də alın yazımızda yazan biri var... O, bilmədiyimiz çox acılardan qurtarır bizi, bəzən dərd verir, amma verdiyi dərddə, kədərdə belə bizi qoruyur, qayğımıza qalır. Çəkdiyimiz hər bir acı bizim sınağımızdır. Buraxdığmız səhflər belə onun istəyidir. Kimisi qismətimiz, kimisi səhvimiz, kimisi də dərsimizdir. Beləcə ömür yolumuz keşmə-keşli olur. Yıxılıb duraraq addımlayırıq, bəzən dizlərimiz qanayır, sağalarkən təkrar bir büdrəyiş, təkrar acı, təkrar göz yaşı, təkrar qəlb yanğısı. Budur mübariz qadınların ömür yolu. Oxucularıma söz açacağım insan bir çoxlarının müəllimə kimi tanıdığı, bəzilərinin “Vəfa” Sosial İctimai Birliyinin direktoru, kimisinin də Vision İnternet TV müəllif departamentinin redaktoru, kimisidə profesional jurnalist kimi, kimisidə sadəcə ecazkar, gözəl, məlahətli, özünə baxımlı, cəmiyyətdə bir çoxlarından seçilən Fatimə Hacıbəyli. Beləcə oxucularım söhbətin kimdən gedəcəyini artıq bilirlər. Bəli öz əzmi, fədakarlığı, mübarizliyi, dəyanəti, biliyi ən başlıcası isə insanlıq meyarı ilə tanınan özünə , analığına, qadınlığına hörmət bəslədiyim bir qəhrəman qadın tanıdım. Bəlkə də soruşan olar nədən Almaz xanım Fatma Hacıyevanı qəhrəman adlandırdı? Elə isə yuxarıda qeyd etdiklərimə bir daha nəzər salsanız, bir qadında ola biləcək ən yüksək xüsusiyyətlərin onda cəmləşdiyini görərsiz. Bir çoxlarına nümunəvi qadın obrazını tanıdan, keşmə-keşli ömür yolunu fəth etməsi, heç bir maneyə qarşısında əyilməməsi, əzmi və qüruru ilə dərdləri əyən, bir çoxlarına “ana”lıq adının böyüklüyünü yaşadaraq öyrədən, hər bir darda olan insanın yardımına biganə qalmaması, insanlığın ən böyük amili deyilmi?. Fatma xanım dərdlilərin dərdinə dərman olmaq üçün hansı çətin yol olmasına baxmayaraq, o yoldan çəkinmir. İmkansızların, xəstələrin, yardımına çatmaq üçün bir çox insanlarla iş birliyi yaradır və istəyinə nail olaraq , ehtiyac içində olan insanlara əldə etdiyi yardımları çatdırdıqda çəkdiyi bütün zəhmətləri, əziyyətləri, yorğunluğu unudur.
Fatma Siyavuş qızı Hacıyeva 1972-ci ildə Bakı şəhəri Akstafa rayonunda anadan olmuşdur. 1989-cu ildə Xətai rayonunda 95 nömrəli orta məktəbdə təhsil almış və yüksək nailiyyətlərlə təhsilinin başa vurmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Dillər Unversitetinə daxil olmuş, 1995-ci ildə təhsilini başa vurmuşdur. 1996-ci ildə Xətai rayonundakı 25 saylı orta məktəbdə iş fəaliyyətinə başlamış və bu günə kimi də öz işinin sevərək bu yolda irəliləyir.
Fatma xanım tək müəlliməlik işi ilə deyil, ictimayətdə seçilən, sevilən insan olaraq, daha da çox çalışmaq, özündə olan yüksək bacarıqları ortaya qoymaq istədi və bacardı.
2013-cü ildə Vision internet TV öz layihəsi ilə müraciət etdi və “ Səmimi söhbət” layihəsi qəbul olundu .2 il bu layihə ilə çalışdı. Bir çox jurnalistlərin əldə edə bilmədiyi nailiyyətləri əldə etdi. Onun bacarığının nəticəsidir ki, artıq Fatimə Hacıyeva Vision internet TV-nin müəllif departamentinin redaktoru vəzifəsini daşıyır. O, bununla kifayətlənmir. “Vəfa” Sosial İçtimai Birliyinin direktoru vəzifəsini də aparır. Fəallığı və insansevərliyi, hər bir yardıma ehtiyacı olanın köməyinə çatmaq kimi bir missiyaya qulluq edir.
İki övlad anasıdır, Fatma xanımın qızı Vəfa, Dağıstan Dövlət Unversitetin bitirmiş, oğlu Hikmət isə Azərbaycan Texniki Unversitetinin 4-cü kurs tələbəsidir. Onlar cəmiyyətə yararlı bir gənclər kimi yetişdirilmişdir. Vəfa xanım öz adına “ Vəfa” Sosial İctimai Birliyi təsis etmiş və bu gün kimi də anası Fatimə xanımla çiyin-çiyinə çalışır. Budur müəllim ailəsi və müəllim tərbiyyəsi, ən əsası da cəmiyyətdə tutduğu mövqeyi ilə minlərlə qadınlara ana obrazının nümunəsı.
Almaz İlahə Əhmədova

Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930