» » Belələri cənnətlikdirlər…

Belələri cənnətlikdirlər…

  • 15-10-2016, 19:34
  • sosial
  • 609
Belələri cənnətlikdirlər…
Hər kəsin bildiyi bir insanlıq nümunəsi vardır. Amma hər kəs insanlığı dərk etmək iqtidarında deyil. Ulu yaradanımız, bir olan Allah dünyaya insanları göndərərkən hər bir insan üçün bir tale biçdi. Amma heç kimin qəlbini doğulan gün möhürləmədi. Biz yaşadıqca, bu dünyanın sınaqlarından keçdikcə qazandıq hər bir savabımızı, günahımızı. Doğrudur, heç bir bəndə günahsız ola bilməz. Amma günahlarını dərk edib o günahlarını bir daha təkrarlamaya bilər. Biz hələ uşaq olarkən böyüklərimizdən öyrəndik yardıma ehtiyacı olana yardım etməyi, zəiflərə dayaq durmağı, Əhli-beyt yolunu getməyi.
Mən seyyid ailəsində dünyaya göz açan, əhli-beyt qanını daşıyan ailənin sonuncu övladı oldum. Hələ uşaqikən valideynlərimdən, özümdən böyük olan qardaşlarımdan, bacımdan tərbiyə almağa başladım. Hara getdimsə, ailəmdən aldığım tərbiyə öz işin görür, insanlar tərəfindən sevgi və hörmətlə qarşılanırdım. İllər keçdi, ailəmizin böyük övladı, anamın, atamın ilk nəfəsi İlkin qardaşım yaşa dolduqca daha da işıq saçırdı. Mən də öz ürəyimdə uşaqlıqdan bəri düşündüyüm, hətta gecələr yatarkən belə beynimi qurcalayan “atama necə oxşaya bilərəm?!” sualına cavab tapmışdım artıq. Bəli, bu sual artıq məni düşündürmürdü. Çünki bu sualın cavabını canım qardaşımda tapmışdı ürəyim. Mən artıq qardaşımın yolunu getməli, ona oxşamalı idim. Bu məni ən böyük arzuma aparan “Sirat körpüsü” idi mənim üçün. Mənim məqsədimə qardaşım məndən öncə çatmışdı. İnsanlar arasında, işlədiyi kollektivdə, cəmiyyət içində çöx sevilən, demək olar ki, çətinə düşnüş insanların pənahı olmuşdu qardaşım. Kim darda olardısa, heç bir təmənna gözləmədən özünü yetirərdi onun yanına. Gənc olmağına baxmayaraq, bir ağsaqqal nəfəsi var idi onda. Sevilirdi, sevilirdi, sevilirdi....
Ona baxdıqaca qürur duyurdum. Hamıdan öncə dərdimi onunla bölürdüm. Hansı işə qol qoysam, ilk olaraq onun nəvazişi gəlirdi ağlıma. “Narahat olma, bacaracaqsan!”
Bəlkə də, həyatımda ən yadda qalan günüm idi o sözü mənə dediyi gün. Ali məktəbə imtahan verirdim. Bir az qorxu, bir az da həyəcan var idi məndə. Fikirləşirdim ki, ailəmizdə hər kəs ali təhsilli, ziyalıdır, bir mən qalmışam. Mən də öhtəmə çox böyük yük veriblər. (O dövrdüə hər yeniyetmə bunu yük kimi qəbul edir). Sabah imtahanım idi. Gecə son mövzum qaldı təkrarlamaq üçün. Öz-özümə dedim ki, daha bəsdir bunu oxumasam dünya dağılmayacaq ki?! Kitabı qatlayıb çantaya yerləşdirəndə canım qardaşım mənə: “Hiss elədim ki, sonuncu mövzuya könülsüz yanaşdın. Aç məhz o mövzunu oxu. Görərsən, sabah bir sual o mövzudan olacaq.” – dedi və gülümsədi. O mövzunu da oxudum. Gecədən bir xeyli keçirdi gözlərimi yumdum, istədim ki, heç olmasa, içimdəki həyəcanı boğub bir az da olsa yata bilim. Gözlərimi yumduqdan bir müddət sonra mənim yuxuya getdiyimi fikirləşən qardaşımın əlini hiss etdim. Ata qayğısı ilə oxşayırdı yanğımı və sakitcə, güclə eşidiləcək tərzdə bir cümlə çıxdı dodaqlarından. ““Narahat olma, bacaracaqsan!” Və... sabah imtahanda birinci sualım məhz o mövzudan oldu. İnana bilmədim. Suala baxdıqca yazıların üzərində onun gülümsəməsini görürdüm. Sən olduğum, hiss edə bildiyim, yaşaya bildiyim, hər yerdəsən, qardaş. Sən səni sevənlərin qəlbində əbədi yaşayacaqsan.
O gündən bəri bu cümlə ilə yaşayıram. İndi o gedəndən sonra hər gecə yuxumda eyni hadisə təkrarlanır. Eyni sözləri deyir mənə, sakitcə, güclə eşidiləcək tərzdə. Gözlərimi açıb üzünə baxmaq istəyirəm. O gecə yorğunluqdan qaldıra bilmədiyim göz qapaqlarımı indi ələrimlə açıb üzünə baxmaq istəyirəm. Amma olmur...Sadəcə eyni əl, eyni səs.... “Narahat olma, bacaracaqsan!” Səndən sonra necə bacarım, ay qardaş?! Necə daşıyım bu yükü bilmirəm?! Hələ də səni sevən hər kəs səsnin yoxluğuna inana bilmir. Sən qazandığın sevgi ilə, etdiyin yaxşılıqlarla bu dünyada əbədi yaşayacaqsan. Allah səni öz ayəsində olduğu kimi mükafatlandırsın.
Şünhəsiz, “Rəbbimiz Allahdır!"-deyənlərin,sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar q\m-qüssə görməyəcəklər! Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) eməllərin əvəzi olaraq orada ebədi qalacaqlar!( Əl-Əhqaf suresi, 13-14-cü ayə.)

Elşən Mirlham oğlu Ağazadə.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930