» » SƏNİN MƏZARA SIĞMAYACAQ ARZULARIN VAR İDİ SABİR.

SƏNİN MƏZARA SIĞMAYACAQ ARZULARIN VAR İDİ SABİR.

  • 18-05-2017, 14:14
  • sosial
  • 731
SƏNİN MƏZARA SIĞMAYACAQ ARZULARIN VAR İDİ SABİR.
SƏNİN MƏZARA SIĞMAYACAQ ARZULARIN VAR İDİ SABİR.Ölüm xəbərin sarsıtdı məni Sabir. Mən bu fani dünyadan artıq hər şey gözləyirəm. Artıq haqq dünyadan boylanırsan bizlərə. Artıq sənin dünyanda nə yalan var nə də riyakarlıq, nə də ki, süni insanlar. Nə varsa reallıqdır, bir çoxlarımızın qəbul etmədiyi reallıq. Profilimin oğurlanması ilə səni itirdim. Yeni açdığım profilə dostlarımı yenicə toplayırdım. Amma səni əlavə edə bilmədim. Xəbərini dostumuzdan aldım. İlk o an inanmadım. Yox atası xəstədir, bəlkə düz başa düşməmisən dedim. Bizi Ağdama qonaq çağırmışdın gəlmək bizə nəsib olmadı. Bəlkə də gələcəyik amma bizi sən deyil ailən qarşılayacaq. Gözəl insan idin. Vətənini, dövlətini, millətini sevən dəyərli Azərbaycan oğlu Mən əminəm ki, Səni tanıyan hər bir dostun səninlə fəxr edib və edəcək. Sən Ağdamdan gələrək Sumqayıt məzarlığında dəfn olunan şəhidləri ziyarət etməyini indiki kimi xatırlayıram. Mən hər kəs kimi baş sağlığı vermədim, mən sənə müraciət etdim. Axı sən bilirsən mən haqq dünyada olan sevənlərimin hər an məni izlədiklərini deyirdim sənə. sən də mənə bunu inandırırdın. Buna inandığım üçün sənə üz tutaraq səhifənə yazıram. Bilirəm ki, özün oxuyacaqsan, bilirəm ki, cavab yazmasan belə hər zaman burda olacaqan, bəlkə də bir gün cavab da yazacaqsan. Çünkü bu dünyadan köçənlər ölmürlər. Mən onların yaşadığına inandığım üçün burada sənə müraciət edirəm. Sabir səndən həmişə mələk qızlarını soruşardım, sevinərdin hətta qızının vətənpərvərliklə söylədiyi şerini xəbərlər saytımızda verdiyimi biləndə çox sevinmişdin. Mən də "Belə vətənpərvər atanın belə də övladı olar" demişdim.
Boynun sınsın ay fələk, nə istədin Sabirdən ona ehtiyacı olan iki gül balasından, xəstə atasından, onu sevən anasından, yarından nə istədin? Nədən arzularını daşa vurdun? Nədən qoymadın övlad toyu görməyə? Nədən izin vermədin Vətən torpaqlarında gəzməyə ? Onun məzara sığmayacaq arzuları vardı. Onun qara torpaqda yatmayacaq arzuları, istəyləri vardı. Ruhun şad olsun. Məzarın cənnət məkan olsun Sabir. Allahın izniylə mütləq gələcəm səni ziyarət edəcəm, bilirəm ki, dostlarının gəlişi səni sevindirəcək.
Almaz İlahə
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031