» » “ASAN Xidmət” Biləsuvarda

“ASAN Xidmət” Biləsuvarda

  • 16-05-2017, 13:08
  • sosial
  • 117
“ASAN Xidmət”  Biləsuvarda
Masallı "ASAN Xidmət" Mərkəzinin səyyar avtobusu 01.05.2017 ci il tarixdən 30.05.2017-ci il tarixədək Biləsuvar şəhər, H.Əliyev prospekti 54 ünvanında- rayon Mədəniyyət Mərkəzinin binasında Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik, Astara rayonlarının sakinlərinə xidmət göstərir.
Xidmət dövrü ərzində DİN-in şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaşlıq pasportunun verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, Ədliyyə Nazirliyinin Notariat fəaliyyəti və Vətəndaş vəziyyəti Aktlarının Qeydiyyatı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və funksional yardımçı xidmətlərlə bağlı (Bank, tibb, foto) vətəndaşlara xidmət göstərilməkdədir.
ASAN xidmətin əsas məqsədi vətəndaşlara dövlət xidmətinin əlçatanlığını, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik və rahatlq prinsipləri əsasında təqdim etməkdir.
Və bu günədək Xidmətin sözügedən prinsiplərə əsaslanaraq göstərilməsi paytaxtla yanaşı, bölgə əhalisinin də ürəyincədir. Səyyar avtobusdan xidməti müraciətinə istədiyi dəstəyi, köməyi ala bilən vətəndaşlarla söhbət zamanı bir daha şahidi olduq ki, ölkəmizdə ASAN Xidmət mərkəzlərinin fəaliyyəti təqdirəlayiq qarşılanır və müsbət nəticələrlə insanların rahatlığını təmin etmiş olur.
Xatırladaq ki, Masallı "ASAN Xidmət" Mərkəzinin növbəti səyyar xidmət ünvanı 05.06.2017-ci il tarixdən 04.07.2017-ci il tarixədək Yardımlı rayonunda baş tutacaqdır.
DJB.az Samir Qurbanov
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031