» » “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu”

“Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu”

“Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu”
“Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu”
“Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu”
“Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu”Bu gün Biləsuvar şəhər 4 saylı tam orta məktəbində təşkil olunan tədbirin mövzusu xüsusi maraq doğururdu. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məsul işçiləri, rayon Məşğulluq Mərkəzinin kollektivi, ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri, valideynlər və müəllimlər iştirak edib.
Tədbirdə çıxış edən Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru Əvəz Əliyev qonaqları və pedoqoji kollektivi salamlayaraq, indiki dövrdə əmək bazarındakı mövcud vəziyyəti, işsizliyi yarada bilən amilləri diqqətə çatdıraraq qeyd etdi ki, bazarda peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsində gənclərin düzgün peşə və ixtisas seçimi vacib amillərdəndir və xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə valideynlərin övladlarını düzgün peşə seçiminə yönəltmələrinin önəmi çox böyükdür.
Mərkəzin rəhbəri bununla əlaqədar olaraq gənclərin, xüsusən də ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin gələcəkdə peşə seçiminə kömək məqsədilə mütəmadi olaraq bu səpkili tədbirlərin təşkil edildiyini vurğuladı.
Tədbirə paytaxtdan təşrif buyurmuş qonaqlar- Dövlət Məşğulluq Xidmətinin məsul işçiləri psixoloq Zümrüd Səfərova və Sevinc Şəmmədova gənclərin meyil və maraqlarının formalaşdırılmasında peşə yönümü işinin əhəmiyyəti barədə incə məqamlara toxundular. Natiqlər “peşə yönümü”, “peşələrin təsnifatı”, “peşələrin sinifləri”, “peşələrin insanlar qarşısında qoyduğu tələblər” barədə ətraflı, xüsusilə şagirdlərin əxz edəcəyi fikirlərlə məlumat verdilər.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova çıxışında bu səpkidə keçirilən tədbirlərin yeniyetmələrin gələcəkdə peşə seçimində onlara yardımçı olmasını bildirərək və qeyd etdi ki, belə tədbirlər mütəmadi keçirilməlidir.İndiki dövrdə yeniyetmələr peşə seçərkən mütləq yaşadığı ərazinin ixtisaslaşdığı əmək bazarını mütləq nəzərə almalıdırlar.
Tədbirdə yuxarı sinif şagirdləri və valideynlərin sualları cavablandırılaraq, onlara məşğulluq xidmətləri, peşə hazırlığı, peşəyönümü və digər məşğulluq tədbirləri barədə məlumatların əks olunduğu bukletlər təqdim edildi.
DJB.az : Samir Qurbanov
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930