» » “Mühəndisliyi Tətbiq Edək”

“Mühəndisliyi Tətbiq Edək”

“Mühəndisliyi Tətbiq Edək”“GəncMİİB”-in (Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi) qalib olduğu növbəti layihə “Mühəndisliyi Tətbiq Edək” adlı layihə oldu. Layihənin maliyyə dəstəyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir.

Layihəyə müraciət edən tələbələr arasından əvvəlcədən təyin olunmuş siyahıya əsasən müsahibə keçiriləcəkdir. Fərqlənən 20 nəfər tələbə layihədə iştirak etmə hüququ qazanacaqdır.

İştirak etmək hüququ qazanan tələbələr əvvəlcədən müəyyən olunmuş proqram əsasında praktiki məşğələlərə başlayacaqdır. Məşğələlər aşağıda göstərilən 4 əsas ixtisas sahəsi üzrə həyata keçiriləcəkdir:

* Kimya

* İKT

* Neft-qaz

* Sənaye/İstehsalat

Bakıda müxtəlif universitetlərdə mühəndislik təhsili alan 2-ci və 3-cü kurs tələbələri arasından, əvvəlcədən elan edilərək seçilmiş 20 nəfər tələbənin layihədə iştirakı nəzərdə tutulur. Tələbələrin müraciətlərinin təmin olunması, ictimai birliyin həmin universitetlər üzrə koordinatorları və elan vasitəsilə əldə ediləcəkdir

. LAYİHƏNİN MƏQSƏDİ:

* Tələbə-sənaye əlaqəsinin qurulması və inkişaf etdirilməsi

* Tələbələrin malik olduğu nəzəri biliklərin tətbiqi biliklərə çevrilməsinə şərait yaratmaq

* Tələbələrin sənayedə baş verən yeniliklərlə tanış olması

* Fərqli sənaye sahələrində işləyən mütəxəssislər tərəfindən tələbələrə karyera planlanmasında köməkliyin göstərilməsi və düzgün istiqamət verilməsi

Onu da qeyd edək ki, layihənin icra müddəti 05 mart - 05 iyul 2017-ci il tarixləri aralığındadır. Artıq layihənin işlərinə start verilmişdir.

Djb.az Samin Tağıyev
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031