» » “Müxalifət çox vaxt məsuliyyətsiz görünür”

“Müxalifət çox vaxt məsuliyyətsiz görünür”

  • 16-04-2017, 14:31
  • sosial
  • 276
“Müxalifət çox vaxt məsuliyyətsiz görünür”
Djb.az Hürriyyət.az-a istinadən Hacı Tahir Abbaslı ilə olan müsahibəni təqdim edir.
Hacı Tahir Abbaslı: “Din və şəriət hökmləri haqqında məlumatı olmayan rəhbərlərin insanlarla ədalətli rəftarı mümkünsüzdür”

“Liderlər tıxac və ya dalan olmasın deyə, yol kənarında istiqamət verən “yol nişangahları” olmalıdırlar”

“İndiyə kimi görülən işlərin nəticəsi yoxdursa, özünü ana müxalifət elan edən müxalifət papağını qarşısına qoyub, ciddi fikirləşməlidir”
Son vaxtlar Qərbdə müsəlmanlara qarşı aşkar basqıların şahidi olmaqdayıq. Təəssüf ki, bu məsələ artıq bir çox “demokratik” dövlətlərin rəsmi siyasətinə çevrilib. Hansı ki, bu dövlətlərdə hər bir müsəlman “terrorçu”, sülh və barış dini olan İslam “terror dini” kimi təqdim edilir. Əlbəttə, bütün bunlar heç də təsadüf deyil. Belə ki, yüz illərdir İslamı hədəf alan qüvvələr bu gün də öz çirkin əməllərini davam etdirməkdədir. Bəs, müsəlman toplumu bu çirkin planı necə önləyə və İslam dinini dünyaya olduğu kimi necə çatdıra bilər?
Bu və digər sullara İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. Ona qədər isə müsahibimizlə cəmiyyətdəki siyasi passivlik və iqtidar-müxalifət münsaibətlərindən danışdıq.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeberlenti/24718-milli-ideologiyamiza-sahib-durmaliyiq.html)

- Yəni deyirsiniz ki, müxalifətin davranışı qüsurludur?

- Ümumiyyətlə, müxalifət özündən razı, təkəbbürlü və öz üzərində çox az işləyən, hətta çox vaxt məsuliyyətsiz görünür. Bu mənim subyektiv fikrimdir. Yanlışlıq edə bilərəm. Əgər dostlardan kimsə irad tutsa, cavab verməyə hazıram. Yenə də deyirəm, heç kimin haqqına girib, zəhmətlərini heç edib aşağılamaq istəmirəm. Düz, haqq və həqiqət şirin olur. O adalmara ki, sağlam düşüncəli olsun. Qripə yoluxan adam bal da yesə, acı dadacaqdır. Balın özündə şirinliyində problem yoxdur. Xəstənin özündə problem var. Mən öz payıma düşəni deyirəm və verilən hər cür dəyərlərə hazıram. Söhbət insalarımızın səadətə və xöşbəxtliyə çatmasından, onlara verilən vədlərdən, yaxşını pisdən ayırmaqdan mübariz əhval-ruhiyyədən və ən azından insan olub, insan kimi yaşamağa çatmasından gedir. Müxalifət düşərgəsində iş o yerə çatıb ki, ağız deyəni qulaq eşitmir. Bir-birilərinin xətalarını, biabırçılıqlarını açmaqdan ötrü ötüşmə gedir. Özlərini o qədər nəzarətsiz və ərköyün hesab edirlər ki, nəinki iqtidarla, heç müxalifət düşərgəsinin özündə də fikir paylaşa, bölüşə bilmirlər. Kimlərsə hər şeyə birinci olmaq və sahib durmaq istəyirlər. Halbuki təkbaşına heç nəyi dəyişmək mümkün olmaz.

- Hesab edirsiniz ki, iqtidar da bu səbəbdən müxalifətlə əməkdaşlığa meyl etmir?

- Təbii. İqtidar da görür ki, birlik yox, parlaqlıq və aydınlıq yox, məntiq və hikmət yox, geniş əhatə dairəsi olan ziyalı təbəqəsi olan şəxsiyyətlər yox, fürsətdən istifadə edib görüşləri öz xeyirlərinə həll edirlər. Və biləndəki, barışıqlar mili və dövlət maraqlarından kənarda partiya maraqlarındadır, ya aşağılanır, geri çəkilsə sabah cəmiyyət sözünə baxmayacaq, ölkə Suriyanın, İraqın gününə düşəcək, asılı vəziyyətə düşəcək, özünü xilaskar bilib bildiyini edəcək. Biz çox həssas bölgədə yaşayırıq, çox güclərin burda marağı olduğundan, çox güclü təsirlər də qaçılmazdır. İnsanlarımız bütün bunlara nə qədər hazırdır və nə dərəcədə dəyərləndirə bilirlər?! Görəsən, bu cür müxalifət hakimiyyətdə tab gətirə bilərdi? “Azadlıq” və “İstefa” demək asandır. Amma azadlıq laqeydlik və biganəlik deyil. Hər bir “Azdalıq” və “İstefa” deyən müxalifətçi özünə də dur deməyi bacarmalıdır. Bir adam ki, halal-haram bilmədi, elə öz dediyini haqq bildi və iddia etdi, bu zaman hansı qarşılıqlı münasibətdən söhbət gedə bilər?! Amma xoşluqla deyilən söz təsir edə bilər. Necəki, Nizami Gəncəvinin “Sultan Səncər və qarı” əsərində qarının sözləri padşaha təsir etmişdir. Müxalifətin cəhdlərinin, hərəkətlərinin dəyərini aşağı salmaq istəmirəm. Amma görün, bu düşərgənin, eləcə də əhatə dairəsində olan ziyalıların proseslərə hansı səviyyədə təsir imkanları var, onların sözünün dəyəri varmı və s. Yəni müxalifət hansısa görüşə gedəndə bir ağsaqqal aparmalıdır da. Tutaq ki, indi iqtidar Şeyxülislamla müəyyən məsələlərdə hesablaşır… Bu bir görüntüdür, hər nədir, amma lazım olanda Şeyxülislamı müəyyən görüşlərə də göndərir, istər dinlərarası, istər başqa maraqlar üçün olsun. Müxalifətdə olan partiyaların əksəriyyəti İslam dinimizlə bağlı mövqelərini bildirməyiblər. Sözdə din barəsində bir iki kəlmə desələr də, partiya və siyasi maraqlarını hər şeydən üstün tutublar. Xüsusən indiyə kimi Milli Şura öz mövqeyini ortaya qoymayıb ki, dinə münasibəti hansı səviyyədədir...

- Hesab edirsiniz ki, müxalifətin də özünün bir “Şeyxi” olmaldır?

- Şeyx deyəndə, qəribə və qeyri-ciddi çıxmasın. Millətinə və dövlətinə sahib çıxan və cani-dildən xidmət edən o qədər böyük Şeyxlərimiz olub ki. Misal üçün, tariximizdə hökmdarların, əyanların əksəriyyəti elə nəfsinə qalib gələn şeyxlər olublar. Deyilənə görə, həttan Şah Abbas əllamə Məclisinin əlindən öpürmüş. Guya müxalifətin nəyi artıqdır və nə kimi böyük xidmətləri var ki, söz demək olmaz, onlar dediyi olmalıdır?! Onsuz da müxalifət düşərgəsində ciddi problemlər var və bu, açıq görünməkdədir. Liderlik sıradan bir vəzifə deyil ki, yetirən əlinə bayraq götürüb, siyasi təşkilatlar yaratsın və hamını özünüə borclu bilsin və özünü jüri kimi təqdim etsin. Din və şəriət hökmləri haqqında məlumatı olmayan rəhbərlərin insanlarla ədalətli rəftarı mümkünsüzdür. “Mənə elə gəlir” fikirləri kimliyindən və statusundan aslı olmayaraq, yanlışlığa aparar və hadisələrə nəzarəti itirər. İnsanların öndəri olmaq ciddiyət və paklıq istəyir. Qərarları heç kimi, hətta fikirlərinə düşmən olanları belə, incitməsin. Axı məhkəmələrə gedib, həbs olunmuş dindarları ziyarət və müdafiə etməklə iş bitmir. Bu işlər insanlıq borcudur, hər kəs dində olmasa belə etməlidir... Bu zahiri görüntü kimə lazımdır ki?! Əslində lider (siyasi partiya rəhbəri) bu din məsələlərinə laqeyd və biganə qalmalı deyil, əksinə xalqın taleyini həll eməsi üçün Allahın razılığı olan addımlar atmalıdır. Hələ soruş, gör dində sənin yerin haradadır? Bəlkə liderliyə layiq deyilsən. Böyük işlərdə tək xalqın və ya toplumun razılığı və köməyi bəs edərmi? Allahın köməyi olmayan heç bir işin müsbət nəticəsi olmaz və yerində saymaqdan başqa bir şey deyildir. Özünü və başqalarını da aldatmasın. Heyifdir insanların ömürləri, böş şeylərə xərcləməsinlər. Ömür, təmir və imran sözlərinin mənası eynidir, abadlıq deməkdir. Əslində liderlər tıxac və ya dalan olmasın deyə, yol kənarında istiqamət verən “yol nişangahları” olmalıdırlar ki, hətta dünyavi maraqlarını təmin etməkdə belə fikir və ideyaların həyata keçirilməsinə maneə yaratmasın. Qiyamət günü insanlar yaxalarından tutub soruşacaqları, haqq - hesablarını nəzərlərinə gətirəcəklərini xatırlasınlar və xalqın, dövlətin xeyrinə ziddiyyətli deyil, aramlıq, yumşaqlıq və həlimlik gətirən fikirlərlə bəlalardan xilas yolunu dillərinə gətirmək haqqında çoxdan düşünməlidirlər. Əgər liderlik (rəhbər) iddiasında olmaq istəyən şəxsin belə əlamətləri yoxdursa, ətraflarında elə bir şəxsiyyət, dindar olmalıdır ki, lazım olanda müxalif və sağlam fikirlər deyə bilsin ki, yaranmış durumlarda öperativlik, müəyyən hadisələrdə düzgün qərar qəbul edilsin və s. İnsanın dəyəri nə qədər çox insanların qayğısına qalmaqla ölçülür. Bizim düşdüyümüz əhatə dairəsi müxalif düşərgədir. İnsan müxalifətdə olmaq istəyirsə, gərək birinci öz nəfsani və sonsuz arzu və istəklərindən azad olmalıdır. Müxaliflik iqtidarların buraxdığı səhvləri düzəltmək olmalıdır. Onlar kimi nəfsani istəklərlə meydanlarda olmaq faciədir və pərakəndəlik, parçalanmaq yaradar və düşmənçiliyi daha da dərinləşdirər. Təəssüflər olsun ki, ötən 10 illiklərin acı nəticələri xalqın nəzərindən qaçmayıb və xatirələrdə durur. İndi müxalifət düşərgəsi azacıq şərait yaradılan kimi qaça-qaça parlamentdə oturmaq istəyənlərin, “Ana müxalifət” adı uğrunda bir-birini aşağılayanların, xüsusən Qərb ölkələrində yaşamaq arzusunda olanların məskəni olub və iqtidarla bu sarıdan əməkdaşlıq edənlərdən ibarətdir. Daha bunun nəyi müxalifətçilik oldu?! Müxalifətin hədəfi cəmiyyətin sağlamlaşması, saflaşması və fikirlərinin nurlanması, işıqlanması olmalıdır. Qaranlıq fikirlər olmamalıdır. Əksinə qaranlıqlardan nura çıxmaq yolları axtarılmalıdır. Hər vətandaş elə maarifləndirilməlidir ki, özünə, dininə, millətinə, dövlətinə sahib dursun. Siyasi ayıqlığı və agahlığı olsun ki, hadislərdə başqalarına möhtac olmasın. İndiyə kimi görülən işlərin nəticəsi yoxdursa, özünü ana müxalifət elan edən müxalifət papağını qarşısına qoyub, ciddi fikirləşməlidir. “Mən kiməm, hardan gəlmişəm və hara gedirəm, nə halaldır və haramdır” - suallarına cavab tapıb, düzgün qərar verməlidir.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031