» » Laçın Rayon İcra Hakimiyyəti başçısının növbəti görüş-səyyar qəbulu Qobustan rayonu Xilmilli kəndində məskunlaşmış laçınlı köçkünlərlə keçirildi.

Laçın Rayon İcra Hakimiyyəti başçısının növbəti görüş-səyyar qəbulu Qobustan rayonu Xilmilli kəndində məskunlaşmış laçınlı köçkünlərlə keçirildi.

  • 15-04-2017, 11:50
  • sosial
  • 138
Laçın Rayon İcra Hakimiyyəti başçısının növbəti görüş-səyyar qəbulu Qobustan rayonu Xilmilli kəndində məskunlaşmış laçınlı köçkünlərlə keçirildi.14 aprel 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Qobustan rayonu Xilmilli kəndində məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirildi. Görüş-səyyar qəbul Qobustan rayonu Xilmilli kənd tam orta məktəbinin binasında keçirilmişdir. Görüşdən əvvəl kənd ərazisində ucaldılmış şəhid abidəsi ziyarət olunaraq abidənin ətrafına baxış keçirilmiş, ərazidə əlavə bərpa və təmir işlərinin görülməsi nəzarətə götürülmüşdür.
Rayon İcra Hakimiyyətinin başçısı görüşdə çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən, həmçinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş və görüləcək işlərdən danışaraq sakinlərə ətraflı məlumat verdi. Rayon rəhbəri çıxışında, xüsusilə, ölkə başçısının məcburi köçkünlərə olan davamlı diqqət və qayğısının təzahürü kimi köçkünlərə verilən müavinətin 2017-ci il 23 yanvar tarixli Fərmanla bir daha artırılarq ödənişinin sadələşdirilməsini, həmçinin fərdi qaydada təbii qazla təmin olunmayan köçkünlərin müvəqqəti məskunlaşma yerlərində elektik enerjisi və digər kommunal ödənişlərin 2017-ci il 01 fevral tarixdən dövlət hesabına ödənilməsi barədə Fərmanını qeyd edərək köçkünlər adından ölkə Prezidentinə təşəkkür və minnətdarlığını bildirdi.
Həmçinin o, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanmasını bütün ölkə vətəndaşları kimi laçınlılarda da yüksək əhval-ruhiyyə yaratdığını, bunun ata-baba yurdlarımıza “Böyük Qayıdış”ın təməli olacağını, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyinə əminliyini vurğuladı.
EynI zamanda rayon İcra Hakimiyyəti başçısı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdədə keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün onların mənzillə təmin edilmələri barədə məsələnin müzakirə edilməsini köçkünlərin diqqətinə bir daha çatdıraraq, bunu Mehriban xanım Əliyevanın insanpərvərliyinin, humanistliyinin və qayğıkeşliyinin nəticəsi olduğunu bildirdi.
Qəbulda iştirak edən 45 nəfər rayon sakinindən 10 nəfəri çıxış edərək, mütəmadi olaraq Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən onların məskunlaşdıqları ərazidə görüş-səyyar qəbulların keçirilməsindən razı qaldıqlarını bildirməklə xeyir-şər mərasimlərinin keçirilməsi üçün onlara çadır verilməsinə, ehiyacı olan iki evin təmirinə və mənzil şəraitlərinin yaxşılaşdırılmasına, həmçinin işlə təmin edilmələrinə, yemək xərci müavinətlərinin yeni qaydalara müvafiq ödənişinin təmin edilməsinə köməklik göstərilməsini bildirmişlər. Vətəndaşların müraciətləri rayon rəhbəri tərəfindən ayrı-ayrılıqda dinlənilmiş həmin məsələlərin həlli ilə bağlı aidiyyatı struktur rəhbərlərinə göstərişlər verilmiş, bəzi məsələlər isə araşdırılması üçün qeydiyyata alınmışdır.
Səyyar qəbul - görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və aidiyyəti idarə rəhbərləri iştirak etmişlər.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930