» » Nikah şəhadətnaməsi həm də etibarnaməni əvəz edir - Qadın ərinin maşınını etibarnaməsiz idarə edə bilər

Nikah şəhadətnaməsi həm də etibarnaməni əvəz edir - Qadın ərinin maşınını etibarnaməsiz idarə edə bilər

 Nikah şəhadətnaməsi həm də etibarnaməni əvəz edir - Qadın ərinin maşınını etibarnaməsiz idarə edə bilər Nikah şəhadətnaməsi həm də etibarnamədir.Etibarnəmə olmadan həyat yoldaşının avtomobilini idarə etmək olar.
Amma bunun üçün gərək cütlüyün nikah şəhadətnaməsi ola. Yəni yol polisinə sürücülük vəsiqəsi ilə yanaşı, nikah şəhadətnaməsini təqdim etmək kifayət edir.
Ancaq insanların əksəriyyəti belə bir qaydadan xəbərsizdilər.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, qanunda belə bir qayda var. Daşınan və daşınmaz əmlak ərlə arvadın birgə mülkiyyəti hesab edilir. Ona görə də qadın həyat yoldaşının avtomobilini onun icazəsi olmadan da idarə edə bilər.
Bəs qadın həmin avtomobillə qaydaları pozarsa necə,protokol belə olduqda kimə yazılır?
Fərq etməz qaydanı kim pozub, istənilən halda ödəniləcək cərimə ailə büdcəsindən çıxacaq.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031