» » Sabah Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulu başa çatacaq

Sabah Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulu başa çatacaq

Sabah Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulu başa çatacaq Magistraturaya 12 375 nəfər, rezidenturaya isə 1 028 nəfər ərizəsini təsdiq edib
Sabah Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulu başa çatır. Verilən xəbərə görə, əvvəldən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı olsa da, bəzi səbəblərə görə bu prosesin vaxtı martın 28-i saat 23:59-dək uzadılıb.

Bu gün saat 10:00-dək magistraturaya 12 375 nəfər ərizəsini təsdiq edib, onlardan 11 189-u Azərbaycan, 1 186-sı isə Rus bölməsinin məzunlarıdır. Bu saata kimi rezidenturaya isə 1 028 nəfər ərizəsini təsdiq edib. Onlardan da 893-ü Azərbaycan, 135-i Rus bölməsinin məzunlarıdır:

Adları və ya soyadları ilə bağlı müəyyən problemləri olan vətəndaşlar Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etməlidirlər. Bayram və istirahət günlərindən sonra SQK-ı 2 gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031