» » Bu gün Ümumdünya Vərəmlə Mübarizə günüdür

Bu gün Ümumdünya Vərəmlə Mübarizə günüdür

Bu gün Ümumdünya Vərəmlə Mübarizə günüdür Bu gün 24 mart - Ümumdünya Vərəmlə Mübarizə kimi qeyd olunur.

Verilən xəbərə görə, vərəm yoluxucu xəstəlikdir və insandan insana hava-damcı yolu ilə keçir. Xəstəliyə yoluxma vərəm mikrobakteriyaları ifraz edən xəstə ilə uzun müddət bir yerdə olduqda, söhbət etdikdə, öskürdükdə və ya asqırdıqda, havada mikrobakteriyaların yüksək konsentrasiyası olduqda, immunitet zəiflədikdə baş verə bilər.

Vərəmin profilaktikası vacibdir. Bu məqsədlə hər il uşaqlarda və yeniyetmələrdə Mantu sınağı aparılır. Vərəmin qarşısını almaq və müalicə etmək mümkündür. Nazirlər Kabinetinin qərarı ilə “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” tərtib edilib.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycanda 8 minə qədər vərəm xəstəsi qeydiyyatdadır. Onların 4 minindən bir qədər artığı yeni xəstədir. 2015-ci ildə ölkədə 100 min nəfərə 3,8 insan vərəmə görə həyatını itirib. 2016-cı ildə ilk dəfə vərəm diaqnozu qoyulmuş xəstələrin sayı 2015-ci illə müqayisədə 3,8 faiz, bu xəstəlikdən ölüm halları isə 9,8 faiz azalıb.

Ümumilikdə son 5 ildə ölkədə vərəm xəstəliyinin dinamikasında müsbət dəyişikliklər qeydə alınıb. 2010-cu ildə 100 000 nəfərə 53,5 xəstələnmə var idisə, 2015-ci ildə bu 100 000 nəfərə 41,3-dək azalıb. Ölkə üzrə ocaqlı vərəm formalarının artması, infiltrativ vərəm formalarının azalması, gecikmiş, yayılmış vərəm formalarının sayında isə stabilləşmə müşahidə olunur. Son illər ərzində uşaqlar və yeniyetmələr arasında xəstələnmənin azalması müşahidə edilir.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031