» » Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Xəzər rayonu Qala qəsəbəsində keçirildi.

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Xəzər rayonu Qala qəsəbəsində keçirildi.

  • 17-03-2017, 21:47
  • sosial
  • 142
Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Xəzər rayonu Qala qəsəbəsində keçirildi.16 mart 2017 ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Xəzər rayonunun Qala qəsəbəsindəki Malıbəy kənd tam otra məktəbinin binasında həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüşü-səyyar qəbulu keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli qəbulda çıxış edərək əvvəlcə məcburi köçkünləri Novruz bayramı münasibəti ilə təbrik etdi. Rayon rəhbəri çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirilən geniş quruculuq və abadlıq işləri barədə ətraflı məlumat verdi. Eyni zamanda o, bayram günləri ərəfəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Mehriban xanım Əliyevanın respublikanın Birinci vitse-prezidenti təyin edilməsinin ölkə vətəndaşları kimi laçınlı köçkünlər tərəfindəndə yüksək razılıqla qarşılandığını bildirdi. Rayon rəsmisi Mehriban xanım Əliyevanı respublikanın Birinci vitse-prezidenti təyin edilməsi münasibəti ilə laçınlı köçkünlər adından təbrik edərək bu şərəfli işində ona uğurlar arzuladı. Mehriban xanım Əliyevanın vitse-prezident kimi fəaliyyətə başladığı ilk gündən məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqəqədar geniş müşavirə keçirməsinin köçkünlər tərəfindən yüksək dəyərləndirildiyini vurğulamaqla minnətdarlığını bildirdi. Keçirilmiş görüş- səyyar qəbulda çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirməklə, Mehriban xanım Əliyevanı Birunci vitse Prezidenti seçilməsi münasibəti ilə təbrik edərək, onun tərəfindən keçirilən müşavirədə qəzalı binalarda yaşayan məcburi köçkünlərin yeni binalara köçürülməsi üçün tədirlər görülməsi barədə göstəriş verilməsinə görə minnətdarlıqlarını bildirdilər.
Görüşdə sakinlər Malıbəy kənd orta məktəbinin tikintisinin başa çatdırılmasına, mövcud su kanalından gələn xəttin 1500 m hissəsinin əsaslı təmir edilməsinə , qəsəbədə yerüstü keçidin tikilməsinə, Malıbəy kənd tam orta məktəbinin kompyuter və digər avadanlıqlarla təmin olunmasına köməkdarlıq edilməsini xahiş etdilər. Səyyar qəbulda 115 nəfər iştirak etdi, 12 nəfərin müraciəti dinlənilərək, həmin müraciətlərə baxılması üçün aidiyyatı üzrə müvafiq tapşırıqlar verildi. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak edirdilər.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930