» » Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların növbəti qəbulu keçirilmişdir.

Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların növbəti qəbulu keçirilmişdir.

  • 15-03-2017, 19:59
  • sosial
  • 166
Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların növbəti qəbulu keçirilmişdir.15 mart 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir. Qəbulla bağlı müraciət edərək qeydiyyata alınmış 20 nəfər rayon sakininin işlə təmin olunma, mənzil şəraitlərinin yaxşılaşdırılması, ailə vəziyyəti ilə bağlı maddi köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri ətraflı dinlənilmişdir. Sakinlərin müraciətlərində göstərilən həlli rayon səviyyəsində mümkün olan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıq verilərək, icrası nəzarətə götürülmüş, həmçinin müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izahat verilmişdir. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak etmişlər. Qəbulda rayon sakinləri onların vaxtaşırı qəbul edilmələrindən razı qaldıqlarını bildirməklə müraciətlərinə həssaslıqla yanaşıldığına görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031