» » LAÇIN RAYON İCRA HAKIMIYYƏTI BAŞÇISININ NÖVBƏTI GÖRÜŞ-SƏYYAR QƏBULU QƏBƏLƏ RAYONU ƏRAZISINDƏ MƏSKUNLAŞMIŞ LAÇINLI KÖÇKÜNLƏRLƏ KEÇIRILMIŞDIR.

LAÇIN RAYON İCRA HAKIMIYYƏTI BAŞÇISININ NÖVBƏTI GÖRÜŞ-SƏYYAR QƏBULU QƏBƏLƏ RAYONU ƏRAZISINDƏ MƏSKUNLAŞMIŞ LAÇINLI KÖÇKÜNLƏRLƏ KEÇIRILMIŞDIR.

  • 12-03-2017, 00:03
  • sosial
  • 108
LAÇIN RAYON İCRA HAKIMIYYƏTI BAŞÇISININ NÖVBƏTI GÖRÜŞ-SƏYYAR QƏBULU QƏBƏLƏ RAYONU ƏRAZISINDƏ MƏSKUNLAŞMIŞ LAÇINLI KÖÇKÜNLƏRLƏ KEÇIRILMIŞDIR.10 mart 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Qəbələ rayonu ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirildi. Görüş-səyyar qəbul Qəbələ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbə tam orta məktəbinin binasında keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı görüşdə çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən, həmçinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş və görüləcək işlərdən danışaraq sakinlərə ətraflı məlumat vermişdir. Rayon rəhbəri çıxışında, xüsusilə, ölkə başçısının məcburi köçkünlərə olan davamlı diqqət və qayğısının təzahürü kimi köçkünlərə verilən müavinətin 2017-ci il 23 yanvar tarixli Fərmanla bir daha artırılarq ödənişinin sadələşdirilməsini, həmçinin fərdi qaydada təbii qazla təmin olunmayan köçkünlərin müvəqqəti məskunlaşma yerlərində elektik enerjisi və digər kommunal ödənişlərin 2017-ci il 01 fevral tarixdən dövlət hesabına ödənilməsi barədə Fərmanını qeyd edərək köçkünlər adından ölkə Prezidentinə təşəkkür və minnətdarlığını bildirdi.
Həmçinin o, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanmasını bütün ölkə vətəndaşları kimi laçınlılarda da yüksək əhval-ruhiyyə yaratdığını, bunun ata-baba yurdlarımıza “Böyük Qayıdış”ın təməli olacağını, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyinə əminliyini vurğuladı.
EynI zamanda rayon rəsmisi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdədə keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün onların mənzillə təmin edilmələri barədə məsələnin müzakirə edilməsini köçkünlərin diqqətinə çatdıraraq, bunu Mehriban xanım Əliyevanın insanpərvərliyinin, humanistliyinin və qayğıkeşliyinin nəticəsi olduğunu bildirdi.
Qəbulda iştirak edən 48 nəfər rayon sakinindən 17 nəfəri çıxış edərək ərazidəki mərasim evinin döşəməsinin təmir edilməsini, mənzil şəraitlərinin yaxşılaşdırılması və işlə təmin edilmələrinə köməklik göstərilməsi, habelə maddi köməkliklə bağlı müraciət etmişlər. Vətəndaşların müraciətləri rayon rəhbəri tərəfindən ayrı-ayrılıqda dinlənilmiş həmin məsələlərin həlli ilə bağlı aidiyyatı struktur rəhbərlərinə göstərişlər verilmiş, bəzi məsələlər isə araşdırılması üçün qeydiyyata alınmışdır.
Səyyar qəbul - görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və aidiyyəti idarə rəhbərləri iştirak etmişlər.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930