» » Alim Qasımov BANM-də olub

Alim Qasımov BANM-də olub

Alim Qasımov BANM-də olub
Alim Qasımov BANM-də olub
Alim Qasımov BANM-də olubBakı Ali Neft Məktəbində (BANM) muğam ifaçısı, Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Alim Qasımovun Ali Məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq görüşü keçirilib.

BANM-dən bildirilib ki, görüşdə Alim Qasımovla birlikdə ailə üzvləri və yaradıcı kollektivi da iştirak edib. BANM-in rektor Elmar Qasımov Alim Qasımovu Azərbaycan səhnəsinin, muğam ifaçılığının əfsanəsi adlandıraraq dahi sənətkarın həyat və yaradıcılığından danışıb.

“Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Yaponiya, İran və ABŞ kimi ölkələrdə təmsil edən sənətçimiz bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq milli musiqimizin və mədəniyyətimizin dünyaya yayılması istiqamətində əvəzsiz xidmətlər göstərib. Məhz bu fəaliyyətinə görə Alim Qasımov bir çox mükafatlara layiq görülüb”, - deyə Elmar Qasımov bildirib.

E. Qasımov görkəmli ustadı ABŞ-ın Geogetown Universiteti və İordaniyada yerləşən İslami Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olduğunu da nəzərə çatdırıb.

Alim Qasımov bu cür görüşlərin onun üçün böyük məsuliyyət və şərəf olduğunu bildirib: “Mən hesab edirəm ki, belə görüşlər ölkənin bütün ali təhsil müəssisələrində ənənəvi olmalıdır. Çünki bizim kimi həyatlarını yaradıcılığa həsr etmiş insanların - musiqiçilərin, rəssamların, aktyorların təcrübəsinə və söhbətlərinə gənclərin çox böyük ehtiyaci var”.

Sonra Alim Qasımov və qızı Fərqanə Qasımova onları müşayiət edən ansamblın iştirakı ilə muğamlardan və xalq mahnılarından parçalar ifa ediblər.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031