» » Bu marşrut xəttinin dayanacağı dəyişdirildi

Bu marşrut xəttinin dayanacağı dəyişdirildi

Bu marşrut xəttinin dayanacağı dəyişdirildiBakıda 8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, dəyişiklik nəticəsində son dayanacaq məntəqəsi olaraq Rəsulzadə qəsəbəsi müəyyən edilib.

“8 nömrəli marşrut üzrə avtobuslar metronun “Azadlıq prospekti” stansiyasından keçməklə, Rəsulzadə qəsəbəsinə qədər hərəkət edəcək. Bu, qəsəbə sakinlərinin şəhərin mərkəzinə rahat gediş-gəlişini təmin etmək, eyni zamanda “Azadlıq prospekti” stansiyası ətrafındakı nəqliyyat sıxlığını aradan qaldırmaq məqsədilə edilib”,- BNA-nın məlumatında qeyd edilib.

BNA-nın qərarına əsasən, 8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar sınaq üçün yenilənmiş trayektoriya üzrə fevralın 13-dən hərəkət edəcək:

“Bir sıra marşrut xətləri üzrə avtobuslar son dayanacaq kimi məhz metronun “Azadlıq prospekti” stansiyasının ətrafında dayanır ki, bu da həmin ərazidə, xüsusən də günün gur saatlarında sıxlığın yaranmasına səbəb olur. Mövcud vəziyyətin aradan qaldırılması üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, yaxın vaxtlarda hazırda son dayanacağı metronun “Azadlıq prospekti” stansiyası olan marşrut avtobuslarının da hərəkətində dəyişiklik ediləcək. Nəqliyyat Mübadilə Mərkəzləri konsepsiyasının tələbinə uyğun olaraq, həmin əraziyə gələn sərnişin avtobusları son danayacaq olaraq Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinə yönəldiləcək”.

Qeyd edək ki, sərnişin avtobuslarının Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinə rahat giriş-çıxışının təmin edilməsi üçün ərazidə zəruri infrastruktur yaradılır
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031