» » Prezident Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını təltif edib

Prezident Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını təltif edib

Prezident Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını təltif edib Azərbaycan prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Verilən məlumata görə, xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:

Salmanov Səxavət İbrahim oğlu – general-mayor
Əsgərli Yunis Sabir oğlu – polkovnik
Mahmudov Qəşəm Fərzalı oğlu – polkovnik
Tağıyev Eldar İsgəndər oğlu – polkovnik
Ədilov Rövşən Həsən oğlu – polkovnik-leytenant
Məmmədov İlham Aydın oğlu – polkovnik-leytenant
Məmmədov Kənan Eldar oğlu – polkovnik-leytenant
Rüstəmov Xanlar Kamran oğlu – polkovnik-leytenant
Heybətov Nizami Mikayıl oğlu – mayor
Məmmədov Fərman Sabir oğlu – mayor
Heydərov Lətif Hüseyn oğlu – kapitan.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031