» » ® “Azercell” kimsəsiz uşaqlar üçün pulsuz göz müayinəsi təşkil edib

® “Azercell” kimsəsiz uşaqlar üçün pulsuz göz müayinəsi təşkil edib

® “Azercell” kimsəsiz uşaqlar üçün pulsuz göz müayinəsi təşkil edib
® “Azercell” kimsəsiz uşaqlar üçün pulsuz göz müayinəsi təşkil edib“Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası”nın həkimləri görmə çətinliyi olan uşaqları aşkarlamağa və müxtəlif göz xəstəliklərindən əziyyət çəkənləri müalicə etməyə davam edirlər.

Mobil operatordan verilən məlumata görə, klinikanın həkimləri bu dəfə Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbindəki kimsəsiz uşaqlara baş çəkiblər. İnternat məktəbində məskunlaşan uşaqların hamısı həkimlər tərəfindən müayinə edilib. Müayinələrin nəticələrinə əsasən ehtiyacı olan uşaqlara müalicələr təyin olunub, eynək reseptləri yazılıb.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İB tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi müddət ərzində layihə çərçivəsində klinika Bakı şəhərindəki onlarla internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda, klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031