» » Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı gəncləri təbrik etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı gəncləri təbrik etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı gəncləri təbrik etdiBu gün Gənclər Günüdür.

Ümummilli lider Heydər Əliyev gənc nəslin qayğılarını daim diqqət mərkəzində saxlamış, Azərbaycanın sağlam gələcəyini dünya səviyyəsinə qaldırmağı tövsiyə etmişdir.

Azərbaycanda gənclər forumlarının keçirilməsi, dövlət gənclər siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən dövlət proqramlarının qəbul edilməsi, gənclərin dövlət idarəçiliyində aparıcı qüvvələrdən birinə çevrilməsi məhz onun təşəbbüsü ilə reallaşdırılmışdır. Ulu Öndərin dediyi “Müstəqil Azərbaycanın gələcəyi gənclərdir, gənclər bizim sabaha ümidimizdir” sözləri artıq şüara çevrilmişdir.

Bu günkü gəncliyin qarşısında mühüm vəzifələr qoyulmuşdur. Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkələrin, ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə dəf edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq!

Müstəqil Azərbaycanın daha da tərəqqisi naminə daim birlikdəyik! Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Cənab Prezident İlham Əliyev: "Bu gün Azərbaycanın gənc nəsli yəni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edir. Gənc nəsil çox yaradıcıdır, dinamikdir. Gənc nəslimizi iqtisadi və siyasi həyatımızın hər bir sahəsinə qoşmaq məqsədilə apardığımız fəal dövlət siyasəti hazırda yaxşı bəhrə verir".

Azərbaycanlı gənc olaraq bildirmək istəyirəm ki, bu gün biz gənclər tarixmizi, mənəvi dünyamızı və milli varlıq fəlsəfəmiz olan bayrağımızı daim uca tutacaq, əbədi yaşadacayıq!

Gənclər Günümüz Mübarək olsun!

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aygül Ağayeva
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031