» » Nazirlik: Ötən il 400 kimsəsiz şəxs xəstəxanalara yerləşdirilib

Nazirlik: Ötən il 400 kimsəsiz şəxs xəstəxanalara yerləşdirilib

Nazirlik: Ötən il 400 kimsəsiz şəxs xəstəxanalara yerləşdirilib  Bakıda dünən və bu gün iki kimsəsiz şəxs təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib ki, ötən gün kimsəsiz kişi haqqında təcili yardıma müraciət daxil olub və o, 19 saylı birləşmiş şəhər xəstəxanasına (BŞX) aparılıb. R.Nağıyev qeyd edib ki, həmin şəxsin müayinələri aparılıb və hər hansı xəstəlik aşkarlanıb: “Bu gün isə kimsəsiz qadın təcili yardım maşınları tərəfindən götürülüb və hazırda onun müayinələri aparılır. Həkim müayinələrini keçəndən sonra səhhətində bir problem olmazsa, qadın Maştağa qəsəbəsindəki 7 saylı BŞX-ya yerləşdiriləcək. Xəstəlik aşkarlansa, onlar müvafiq kliniklarda müalicə alacaqlar. Həmin şəxslərin səhhətində ciddi bir şey yoxdursa, onlar 5 BŞX-dan (6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarından) birinə yerləşdirilir. Onlara lazımi yardım göstərilir, yeməklə təmin olunur və sağlamlığının tam bərpası üçün 2-3 həftəlik müalicə edilir”.

Bu prosesə səhiyyə nazirinin əmri ilə ötən ildən başlanıldığını deyən R.Nağıyev vurğulayıb ki, 2016-cı ildə ümumilikdə 400-ə yaxın kimsəsiz şəxs təcili yardım tərəfindən götürülərək xəstəxanaya yerləşdirilib. Baş həkim əlavə edib ki, onların çoxu sanitariya vəziyyəti normal olmadığı üçün bitli-birəli olur, ağciyərlərində, ürək-qan damar sistemində problemlər müşahidə edilir: “Onların arasında əqli cəhətdən zəif, psixi durumunda gərginlik müşahidə edilənlər də olur. Həmin şəxslər psixloji gərginlik keçirmiş, kimlərsə tərəfindən atılmış insanlardır. Psixi durumu anormal olanlar isə Psixiatrik xəstəxanalara təhvil verilir. Onların çox vaxt sənədləri olmadığı üçün dərhal ərazi polis bölməsinə məlumat verilir və şəxsiyyətləri müəyyənləşdirilir”.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031