dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvarın yeddi kəndi susuz qalıb

Biləsuvarın yeddi kəndi susuz qalıb

Cənub Muğan kanalının quruması Biləsuvar rayonunun bəzi kəndlərində su problemi yaradıb.

Djb.az xəbər verir ki, bu barədə "Report"a rayonun su problemi ilə üzləşən Yuxarı Cürəli, Aşağı Cürəli, Ovçubərə,Təzəkənd, Ağalıkənd, Amankənd və Dərvişli kənd sakinləri müraciət edib.

Onların sözlərinə görə, təxminən bir həftəyə yaxındır ki, su problemi var:

"Hər il problemimiz may ayından başlayardı. Bu il may və iyun ayında suyumuz oldu. Amma iyul ayı girəndən su kanalı tamamilə quruyub".

Sakinlər bildirib ki, su qıtlığı içməli su təminatında problemlərin yaranmasına səbəb olub:

"Eyni zamanda su qıtlığı kənd təsərrüfatında da mənfi təsirlər göstərir. Bu da əkinçilik, heyvandarlıq və pambıqçılıq sahəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq".

Qeyd edək ki, sözügedən kanal bu kəndlərin əhalisinin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir. Hazırda kənd sakinləri içməli suyu pulla şəhərin mərkəzindən sudaşıyan nəqliyyat vasitələri ilə alırlar.

Xatırladaq ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal mənbəyini Araz çayından götürür və Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.

Oxunub: 278
Oxşar xəbərlər
SON XƏBƏRLƏR