dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət şəbəkəsi üzrə ötən il 193 milyondan çox zərərli keçid bloklanıb

Dövlət şəbəkəsi üzrə ötən il 193 milyondan çox zərərli keçid bloklanıb

2021-ci ilin IV rübündə dövlət orqanlarının istifadəsi üçün yaradılan "AzStateNet" şəbəkəsində təhlükəsizlik divarları ilə 67,9 milyon zərərli keçid bloklanaraq dövlət qurumunda çalışan əməkdaşların kiberhücumlardan və yoluxma hallarından qorunması təmin edilib.

Djb.az xəbər verir ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə şəbəkə üzrə həmçinin mərkəzləşdirilmiş antivirus sistemi ilə 1,12 milyondan çox zərərverici, "sandbox" sistemi üzrə 12,6 min zərərverici tərkibli fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində isə 176 xüsusi indikator bloklanıb.

Ümumilikdə, 2021-ci il üzrə "AzStateNet" şəbəkəsində "təhlükəsizlik divarları" ("firewall") ilə 193,18 milyon zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 3,14 milyon zərərverici, "sandbox" sistemi üzrə 35,7 min zərərverici tərkibli fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində isə 744 xüsusi indikator bloklanıb.

Oxunub: 461
Oxşar xəbərlər
SON XƏBƏRLƏR