dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvarlı məşhur aşbaz qəzada dünyasın dəyişib

Biləsuvarlı məşhur aşbaz qəzada dünyasın dəyişib

Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Bilesuvarinfo” xəbər verir ki, hadisə Biləsuvar şəhərində, “Meloratorlar” qəsəbəsinin yaxınlığında olub.

Belə ki, Biləsuvar-Bəhramtəpə avtomobil yolunda hərəkətdə olan yük maşını piyadanı vurub.

Piyada Biləsuvar şəhər sakini, 1963-cü il təvəllüdlü Hüseynov Akif Hidayət oğlu ağır bədən xəsarətləri alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, dünyasını dəyişən A.Hüseynov rayonda məşhur aşpaz olub. Hadisə də çalışdığı kafenin yaxınlığında qeydə alınıb.

Hadisənin “Ford” markalı yük maşını ilə törədildiyi ehtimal olunur. Nəqliyyat vasitəsi qəzadan sonra hadisə yerindən uzaqlaşıb.

Oxunub: 365
Oxşar xəbərlər
SON XƏBƏRLƏR