dini radikalizm və ekstremizmlə mübarizə

Rafael Cəbrayılov da koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

Rafael Cəbrayılov da koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

Həbsdə olan sabiq millət vəkili Rafael Cəbrayılov koronavirusa yoluxub.

Djb.az Yenicag.az-a istinadən xəbər verir ki, COVID-19-a yoluxan Rafael Cəbrayılov öncə qapalı tipli xəstəxanaya, daha sonra isə özəl xəstəxanalardan birinə köçürülüb.

Həkimlər sabiq deputatın durumunu stabil-ağır olaraq dəyərləndirirlər.

Xatırladaq ki, Rafael Cəbrayılovun çoxsaylı dələduzluq əməlləri törətməklə insanlara külli miqdarda ziyan vurduğu müəyyən edilərək Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxunub: 410
Oxşar xəbərlər
SON XƏBƏRLƏR