dini radikalizm və ekstremizmlə mübarizə

Binədə qəsəbədaxili marşrut xəttinin fəaliyyəti bərpa olunur

Binədə qəsəbədaxili marşrut xəttinin fəaliyyəti bərpa olunur

Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Djb.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar sentyabrın 10-dan sərnişinlərin xidmətində olacaq.

Marşrut xətti üzrə gediş haqqı 0,30 AZN təşkil edəcək. Gediş haqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə həyata keçiriləcək.

Oxunub: 440
Oxşar xəbərlər
SON XƏBƏRLƏR