dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvarda "Təmiz Bolqarçay" adlı təmizlik marafonu başlayıb


Biləsuvar rayonunda "Təmiz Bolqarçay" adlı iki günlük təmizlik marafonuna start verilib.

Təmizlik marafonu "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin təşəbbüsü və Biləsuvar rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.

"Özümüz təmizləyək ki, bir daha çirkləndirməyək!" şüarı ilə başlayan marafonun keçirilməsinin əsas məqsədi Biləsuvar rayonunun mərkəzindən keçən Bolqarçayın təmizlənməsi və çay ətrafında yaşayan sakinlərin maarifləndirilməsidir.

Təmizlik marafonuna bu gün saat 10:00-da start verilib və növbəti gün də davam edəcəkdir.

Qeyd edək ki, marafonun davamı olaraq təşkilatın könüllüləri tərəfindən rayon ərazisində müəyyən edilmiş məkanlarda ağacların əkilməsi də planlaşdırılır.

Surxay ŞAHBAZOV




Oxunub: 875
Oxşar xəbərlər
SON XƏBƏRLƏR