dini radikalizm və ekstremizmlə mübarizə

Ermənilərin müharibə “qazancı": Nələr apardılar?

Ermənilərin müharibə “qazancı": Nələr apardılar?

Bu gün Ermənistanda, Mehri yolu ilə gedən daha iki erməninin maşınından 1300-dən çox pulemyot gülləsi, 240 konserv müsadirə olunub.

İlkin dindirmə zamanı bəlli olub ki, yaşları heç də az olmayan bu ermənilər güllə və konservləri 2020-ci ilin oktyabrında, yəni müharibənin ən qızğın çağında oğurlayıb, gizlədiblər, daha sonra isə Ermənistana aparıblar.

Bu, müharibədən sonra artıq neçənci faktdır ki, aşkarlanır və cinayət işi qalxır: silah oğurlayanlar və yaxud silahı təhvil verməyib, özü ilə Ermənistana aparanlar, hərbi-minik maşınlarını mənimsəyənlər, külli miqdarda konservləşdirilmiş əsgər yeməklərini oğurlayıb daşıyanlar...

Ümumilikdə bu, Qarabağ uğrunda gedən müharibəyə Qarabağa gələn və yaxud burada yaşayan ermənilərin münasibətinin göstəricisidir. Zatən, Birinci Qarabağ savaşı zamanı da ermənilər qətliamlar aparmaq və talamaq, əlinə keçəni götürüb Ermənistana daşımaq üçün hər şey edirdilər.

Qarabağdakı müharibənin mahiyyəti ermənilər üçün hər zaman belə olub: daha çox silahsız, dinc əhaliyə qarşı özlərinin “döyüşkən ruhunu” göstərib, onları qətlə yetirmək və yaxud yurdundan qovulanların əmlakını talamaq.

Eyni talamaq məntiqi İkinci Qarabağ savaşında da ermənilər üçün xarakterik idi. Ancaq bir fərq vardı ki, daha qarşılarında mülki əhali deyil, peşəkar və qüdrətli Azərbaycan Ordusu, dişinə qədər silahlanmış və torpaqlarını düşməndən azad etmək üçün döyüşə atılan Əsgər vardı.

İlk dəfə əsl Azərbaycan Əsgəri ilə üz-üzə gəldilər və... mahiyyətlərini özlərinə yönəltməyə, özlərindən talamağa başladılar: öz əsgərinin konservləri, öz əsgərlərinin paltarları, güllələri, avtomatları, pulemyotları, hərbu minik maşınları Ermənistana aparılırdı. Ya da gizlədilirdi, olan-qalan əsgərlərdən oğurlanırdı.

Bir neçə ay öncə azərbaycanlı baba-nənələri xatırlayıram – pensiyalarını MN-ə bağışlayanları.

Bu da Azərbaycan xalqının Qarabağ savaşına münasibəti idi: dayanmadan cəbhə üçün, qələbə üçün, əsgərimiz üçün nə mümkündür, onu da etmək!

Bu münasibətlərin nəticəsi ortadadır.

Bu münasibətləri doğuran səbəblər də var: biri odur ki, Azərbaycan Əsgəri öz torpağı üçün savaşırdı, erməni işğal, zəbt və talan üçün!

Digəri odur ki, ermənilərin tarixən mahiyyəti elə budur: sözün bütün mənalarında çaqqallıq! Sürü halında tənha şirə hücum, azalanda isə Şirin dabanyalayanı...

Oxunub: 930
Oxşar xəbərlər
SON XƏBƏRLƏR