dini radikalizm və ekstremizmlə mübarizə

"Məktəbdə zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər" layihəsi yekunlaşıb


"Məktəbdə zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər" adlı layihə yekunlaşıb.

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqə qalibi olmuş "Məktəbdə zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər" adlı layihənin icra planına uyğun olaraq şagirdlər üçün 10-cu, son təlim baş tutub. 

Layihə rəhbəri Leyla Musayevanın verdiyi məlumata görə, təlim zamanı şagirdlərlə görüşərək məktəblərdə baş verən real zorakılıq hallarından, bu hallar zamanı şagirdlərimizin necə davranmalı olduqlarına dair söhbət aparılıb. 

Qeyd edək ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqənin qaliblərindən biri də “Məktəbdə Zorakılıq Hallarının qarşısının alınması üçün tədbirlər” adlı layihədir. Layihə məktəbdə zorakılıq hallarının qarşısının alınması üçün müəllim, psixoloq, şagird və valideynləri  marifləndirmək və yaşanan mövcud problemlərə həll yolu təklif etmək məqsədi daşıyır. Layihə çərçivəsində ümumi 3 təlim, 2 konfrans  və 7 seminar keçirilib. 

Mövcud pandemiya vəziyyəti nəzərə alınaraq təlimlər distant şəkildə MS Teams proqramında aparılıb. Layihə 15 sentyabr - 15 dekabr tarixlərini əhatə edib.

Layihədə iştirak edən müəllimlər sertifikat və təlim materialları ilə təmin olunub. 

Təlimlərdə Bakı, Lənkəran, Kürdəmir, Kəlbəcər, Ağdam və Ağcabədi şəhər  və  rayon məktəblərindən müəllim,  şagird  və valideyn layihəyə cəlb olunub.

Tural Nəsirli

Oxunub: 704
Oxşar xəbərlər
SON XƏBƏRLƏR