dini radikalizm və ekstremizmlə mübarizə

“Bu qurum qəzetlərə oxşar xəbərlər yazacaqlarına görə pul ayırmayacaq”

Baxış Sayı:266

“Bu qurum qəzetlərə oxşar xəbərlər yazacaqlarına görə pul ayırmayacaq”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Bu fərmana uyğun olaraq da Medianın İnkişafı Agentliyi yaradılıb. Bu gün hər kəsi maraqlandıran sual KİVDF ilə bu agentliyin fəaliyyətində hansı fərqlərin olacağıdır.

Medianın İnkişafı Agentliyi ilə bağlı yaranan sualları KONKRET.az-a cavablandıran media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, yeni yaradılan qurum yazılı və onlayn media sayəsində dövlət siyasətini həyata keçirəcək: “Yəni tənzimləmə ilə məşğul olacaq. Bu gün bizim saytlarda və mediada müəyyən sistemsizlik, xaotiklik hökm sürür. Əsas məqsədlərdən biri mövcud durumu düzəltmək olacaq. Medianın İnkişafı Agentliyi dövlət qurumudur, publik şəxsdir. Məhz buna görə də geniş imkanları olacaq, mexanizmlər işləyib hazırlayacaq ki, yazılı və onlayn medianın problemlərini həll etsin. Bunlar hansı problemlərdir? İlk olaraq hüquqi bazanın möhkəmləndirilməs, cilalanmasıdır. Çünki KİV haqında qanun 20 il öncə qəbul edilib. Ondan əsər-əlamət qalmayıb”.

Qulu Məhərrəmli vurğulayıb ki, ikinci ciddi məsələ bu sahələrin maddi-texniki bazasının möhkəmləndiriliməsidir: “Üçüncü məsələ isə qəzetçilik işini və internet mediasını bəlli bir səviyyəyə qaldıraraq daha keyfiyyətli, peşəkar olmaları ilə bağlı addımların atılmasıdır. Bu sahədə müəyyən standartları, o cümlədən informasiya-kommunikasiya texnologiyalarını, innovasiyaları tətbiq etməyi stimullaşdıracaq. Əlbəttə, bu stimullaşdırma daha çox maliyyə ilə bağlı olacaq. Yəni bu qurumun yaradılmasında əsas məqsəd budur.

Media fəlsəfəsi ilə bağlı nüanslar var ki, Medianın İnkişafı Agentliyi ölkədə söz, mətbuat və məlumat azadlığının təmin olunmasında cavabdeh olacaq. Bəziləri düşünməsin ki, bu qurum qəzetlərə pul ayıracaq, onlar da hamısı eyni xətlə gedib, oxşar xəbərlər yazacaqlar. Burada söhbət media rəngarəngliyini və müxtəlifliyini təmin etməkdir. Bütün bu məsələlər Medianın İnkişafı Agentliyinin nizamnaməsində də öz əksini tapır. Amma gələcəkdə necə olacağını zaman göstərəcək. Amma bütün hallarda KİVDF-nin ləğv edilməsi və yerində normal, iş qabiliyyəti olan qurumun yaradılması çox vacib idi. Bu da ölkə başçısının müvafiq fərmanı ilə reallaşdırılacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR