dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda karantinin sərtləşdirilməsi nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda karantinin sərtləşdirilməsi nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

“Koronavirusla bağlı sərtləşdirmələr yoluxma sayı aşağı düşənədək davam edəcək”.

KONKRET.az xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, dünyada peyvəndlə bağlı proseslər izlənilir:

“Bu barədə danışıqlar aparırıq. Ənənəvi peyvəndlərin hazırlanmasına kifayət qədər böyük vaxt lazımdır. Məhz buna görə də COVID-19-a qarşı peyvəndin hazırlanması uzun vaxt alır. Bu müddət ərzində bir çox peyvəndin üzərinə iş getdi, amma yeni yanaşmalarda böyük təcrübə olmadı. Ümid edirik ki, təsdiqlənmiş və ən təhlükəsiz vaksindən Azərbaycana gətirəcəyik”.

“Hazırda iki ölkədə – Böyük Britaniya və Türkiyədə vaksinasiyaya başlanılıb. Türkiyədə vaksinasiyası başlanılan Çin peyvəndi ən təhlükəsiz peyvəndlərdəndir. Qısa müddətdə peyvənd haqqında məlumat veriləcək”, – deyə o qeyd edib.

Oxunub: 355
Oxşar xəbərlər
SON XƏBƏRLƏR