dini radikalizm və ekstremizmlə mübarizə

Laçın sakinlərinin siyahıya alınmasına başlanıldı - FOTO

Laçın sakinlərinin siyahıya alınmasına başlanıldı - FOTO

Laçın rayon İcra Hakimiyyəti əhalinin siyahıya alınmasına başlayıb.

Bu barədə icra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, icra hakimiyyəti hazırda Laçın rayon sakinlərinin hansı ərazidə və hansı şəraitdə məskunlaşdığını araşdırır:

“Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Müəyyənləşdiririk ki, hazırda hər kənddə neçə ailə var və harada yaşayır. Hazırda rayon polis şöbəsi işğaldan azad olunan əraziyə köçürülüb, postlar müəyyənləşdirilir”.

İcra Hakimiyyətindən qeyd ediblər ki, artıq Laçın şəhərinin girişi üçün xüsusi trafaret də hazırlanıb:

“Yaxın günlərdə trafaret Laçın şəhərinin girişində, Laçın dəhlizində yerləşdiriləcək”.

Oxunub: 413
Oxşar xəbərlər
SON XƏBƏRLƏR