dini radikalizm və ekstremizmlə mübarizə

Pandemiyadan əziyyət çəkən ailələrə yardım olunub.


Mingəçevir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Mərkəzi Aranreqionunda həyata keçirilən layihələrin monitorinqinin aparılması və QHT-lərə təşkilatı dəstəyin göstərilməsi” layihəsi çərçivəsində pandemiyadan əziyyət çəkən ailələrə ərzaq yardımı və tibbi -gigeyenik vasitələr paylanmışdır.
Pandemiyadan zərər çəkmiş və sosial cəhətdən dəstəyə ehtiyacı olan ailələri müəyyən etmək və onları siyahıya almaq məqsədi ilə aidiyyatı dövlət qurumları ilə görüşlər keçirilmiş, eləcə də layihə iştirakçıları və könüllülərin müəyyən etdiyi ailələr də siyahıya daxil edilmişdir. Həmin siyahı SƏLİS proqrami vasitəsilə Şuraya təqdim olunmuş, razılaşdırıldıqdan sonra yardımlar ailələrə təqdim olunmuşdur.

Esmira Hidayətova

Oxunub: 420
Oxşar xəbərlər
SON XƏBƏRLƏR